logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik

  • Bloq
  • 15-okt-2025, 09:32
  • 36
Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik

Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik


Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarı iştirakçılarına "AZQR" standartını təqdim edib. Artıq iri ticarət şəbəkələrində və bəzi POS-terminal olan məntəqələrdə QR-lə ödənişlər qəbul edilir. AMB-nin sədr müavini Vüsal Xəlilov açıqlamasında bildirib ki, indi bütün banklar İPS sisteminə qoşulub. QR-kodun tətbiqi və əhatəsinin genişləndirilməsi üçün sahibkarlarla müzakirələr aparılır.

V.Xəlilovun sözlərinə görə, "AZQR” standartının tətbiqində əsas məqsəd vətəndaşlara daha inklüziv xidmət göstərilməsidir: “Yəni hər bir bankın, fintex təşkilatının mobil tətbiqi vasitəsilə ödənişləri istənilən vaxt QR-lə gerçəkləşdirmək imkanının olmasıdır. Bu da açıq ödəniş sisteminin inkişafına böyük töhfə verəcək. Hesab edirik ki, bu, fintexlərin inkişafı üçün dəstək olacaq”.

Yeni standart, yeni tələblər

Qeyd edək ki, hazırda QR-lə ödənişləri yeni nəsil POS-terminallar vasitəsilə həyata keçirmək mümkündür. Artıq vətəndaşlar bəzi bank tətbiqləri ilə ticarət, xidmət obyektlərində bu üsulla ödəniş edə bilərlər. Lakin hələlik bütün bankların mobil tətbiqlərində bu xidmət aktiv deyil. Bir müddət əvvəl AMB sədri Taleh Kazımov bildirib ki, oktyabrın sonunadək bütün banklar “AZQR” standartına qoşulacaq və ödənişləri QR vasitəsilə həyata keçirmək asanlaşacaq.

Hələlik isə yalnız 2 bank – “Birbank” və “TuranBank” müştərilətinə QR-lə ödəniş imkanı verir. Qeyd edək ki, “AZQR” standartında həm müştərilərə, həm də biznes subyektlərinə təqdim edilən QR-kodlar mövcuddur. Bu standart həm dinamik, həm statik, həm də müştəri və satıcılara təqdim edilən modelləri dəstəkləyir.

Mikro və kiçik bizneslərə müjdə

QR-kodların müxtəlif istifadə ssenariləri ola bilər. Onlardan birincisi və ən əhəmiyyətlisi stiker formasında olan QR-kodlardır. Bu, xüsusilə, mikro və kiçik biznes sahiblərinin istifadəsi üçün nəzərdə tutulub. Subyektlər internet bankinq və ya fintex tətbiqləri vasitəsilə statik QR-i stiker formasında çap edərək müştərilərə təqdim etməklə ödənişləri qəbul edə biləcəklər. Bununla ödəniş qəbulu üçün əlavə mobil qurğuya, POS-terminala və ya digər hər hansı cihaza ehtiyac qalmır. Bu baxımdan, ödənişlərin QR-lə həyata keçirilməsi daha çox sahibkarların işinə yarayacaq. Xüsusilə, mikro və kiçik sahibkarlar üçün bu, böyük bir üstünlükdür. Artıq onlar hansısa bank hesabına bağlı olan POS-terminala görə birdəfəlik və aylıq ödənişlərdən, texniki xidmətlər üçün əlavə vəsait xərcləməkdən azad olunacaqlar. Bir sözlə, QR-kod vasitəsilə ödənişlərin qəbul edilməsi ilə həm sahibkarların, həm də onlara xidmət edən bankların investisiya xərcləri azalacaq, digər tərəfdən, vaxt itkisinin qarşısı alınacaq.

Mikro və kiçik sahibkarlıq subyektlərinin QR-lə qəbul etdiyi ödənişlər ani ödəniş sistemləri üzərindən həyata keçirilir. Bu isə o deməkdir ki, həmin an vəsait müştərinin hesabından çıxaraq sahibkarlıq subyektinin hesabına daxil olur. Bu zaman sahibkar dərhal öz vəsaitini lazımi mənbələrə yönəldə bilər. Əvvəl olduğu kimi, günlərlə vəsaitlərin hesaba köçürülməsini gözləməyə lüzum qalmır.

Bir toxunuşla ödəmək imkanı

Dinamik QR-kodlar isə əsasən POS-terminalların və ya mobil POS-ların üzərindən generasiya olunacaq. “E-commers”də olan QR-lər isə müştərilərə invoys üzərində kodu yerləşdirib onun vasitəsilə ödəniş etmək imkanı yaradır. Eyni zamanda, yaxın aylarda nəqliyyat sektorunda da QR-kodların tətbiq olunmasını görə biləcəyik. Yeni standartın ayrı-ayrı sahələrdə həm vətəndaşların, həm biznes subyektlərinin işini yüngülləşdirməklə yanaşı, ümumilikdə iqtisadiyyata təsirləri də istisna edilmir. Beynəlxaq təcrübələr onu deməyə əsas verir ki, QR ödənişləri nağdsız dövriyyəni artırır və “kölgə iqtisadiyyatı”nı azaldır. Bu da son illərdə ölkəmizdə həyata keçirilən nağdsiz ödənişlərin həcminin yüksəldilməsi siyasətinə təkan verəcək.

“AZQR”, eyni zamanda, vətəndaşların şəxsi köçürmələri, hökumət ödənişləri, kommunal və büdcə ödənişlərini, e-ticarət vasitəsilə həyata keçirəcəkləri xərcləri də ödəməyə imkan verəcək. Biznes köçürmələri yalnız İBAN üzərindən deyil, VÖEN üzərindən də mümkün olacaq. Biznes subyektləri tərəfindən təqdim edilən QR-kodlarla ödəniş imkanları ilə yanaşı, vətəndaşların da belə imkanları olacaq. Yəni vətəndaş əməliyyatlarını QR-kod vasitəsilə reallaşdıra biləcək.

Hər iki model həm statik, həm də dinamik QR formatında generasiya oluna bilər. Statik QR bir dəfə formalaşır və onunla bir neçə əməliyyatı həyata keçirməyə imkan verir. Dinamik QR isə hər əməliyyat üçün bir dəfə formalaşır və əməliyyat məlumatlarını əks etdirir. Onu da qeyd edək ki, statik QR-kodlarda vizual tələblər də olacaq. Bu barədə daha ətraflı məlumatlar açıqlanacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq
  • Bir sıra ərizə formaları yenilənib
    Bir sıra ərizə formaları yenilənib
    31-mar-2026 | Bloq
  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech