logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

  • Bloq
  • 15-okt-2025, 09:52
  • 59
Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar


Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri idxal edəcəkləri mallar haqqında vergi orqanına məlumat verməlidirlər. Bu maddə üzrə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vacib məqamları ekspert Anar Bayramov şərh edir.

Birinci dəyişiklik - Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan vergi ödəyiciləri idxal ediləcək mallarla bağlı vergi orqanının təsdiq etdiyi formanı müvafiq qaydada təqdim etməlidirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 14 mart 2022-ci il tarixli 6 saylı qərarı ilə "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması" təsdiq olunub. Əvvəllər bəzi vergi ödəyiciləri sənədləri sərbəst formada təqdim edirdilər. Dəyişiklikdən sonra isə qeyd edilən forma yalnız internet vergi portalında yaradılmış xüsusi bölmə vasitəsilə təqdim olunmalıdır.

İkinci dəyişikliklə Vergi Məcəlləsinin 16.1.1-11.1-ci maddəsi ləğv edilib. Həmin maddədə qeyd olunurdu ki, vergi ödəyicisi mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatı qeyd etməlidir. Maddənin ləğv edilməsini vergi inzibatçılığının təkmilləşdirilməsi kimi qiymətləndirmək lazımdır. Bundan əlavə, artıq növbəti dəyişiklikdən aydın olur ki, idxalla məşğul olan (karqo şirkətləri istisna edilməklə) vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirləri yumşaldılıb.

Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, "bir" sözündən sonra "və ya bir neçə" sözləri əlavə edilib. Son dəyişikliyədək vergi ödəyicisinin vergi orqanında bir təsərrüfat subyekti (obyekti) olduğu halda vergi orqanına müvafiq forma göndərilməsi tələbi var idi.

Misal 1: Tutaq ki, bank fəaliyyəti göstərən vergi ödəyicisinin baş ofisi ilə yanaşı filialları olduğu halda, idxalla bağlı formanı təqdim etməli idi. Amma yeni dəyişiklikdən sonra vergi ödəyicisinin birdən artıq təsərrüfat subyekti (obyekti) olduğu halda da vergi orqanına idxalla bağlı məlumat forması təqdim etməsinə ehtiyac qalmayıb. Öncəki dəyişiklikdə qeyd etdiyimiz kimi, Vergi Məcəlləsindəki dəyişikliklərlə idxalla məşğul olan vergi ödəyicisinə yumşalmalar tətbiq edilib.

Növbəti dəyişiklik qeyri-sahibkarlıq və şəxsi istifadə üçün mallar idxal olunan zaman müvafiq formanın təqdim edilməməsi ilə bağlıdır.

Misal 2: Fərdi sahibkar şəxsi istifadə üçün minik avtomobili idxal edirsə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına göndərməyəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech