logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

  • Bloq
  • 16-okt-2025, 10:18
  • 40
Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası


Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, hər bir işçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Qanunvericiliyin digər müddəaları ilə işçilərə sosial statusundan və iş stajından asılı olaraq ildə bir dəfə 21, 30, 35, 42, 46, 56 gün məzuniyyət verilir. Buraya əsas və əlavə məzuniyyət günləri daxildir. Bəs işçi işdən çıxarkən ona məzuniyyətə görə ödənilən kompensasiya necə hesablanır? Bu hesablama zamanı hansı günlər nəzərə alınmır? Mövzu ilə bağlı suallara ekspert Ramin Hacıyev aydınlıq gətirir.

Əmək Məcəlləsinin tələbinə əsasən, əmək müqaviləsinin hansı müddətə bağlanmasından və əmək şəraitindən asılı olmayaraq, əmək müqaviləsi ilə çalışan hər bir işçinin məzuniyyət hüququ vardır. Məcəllənin 112-ci maddəsində məzuniyyətin aşağıdakı növləri təsbit olunub:

• Əsas və əlavə məzuniyyətlərdən ibarət olan - əmək məzuniyyəti;
• Sosial məzuniyyət;
• Təhsil və yaradıcılıq məzuniyyəti;
• Ödənişsiz məzuniyyət;
• Əmək müqaviləsində və ya kollektiv müqavilədə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddət - bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

Əmək məzuniyyətinin 2 növü var:

• Əsas məzuniyyət;
• Əlavə məzuniyyət.

Öz növbəsində, əsas məzuniyyət - 21 və 30 təqvim günündən ibarətdir.

- İxtisassız işçilərə 21 təqvim günü;
- Mütəxəssislərə, rəhbər vəzifələrdə çalışan işçilərə, məsul vəzifələrdə çalışan dövlət qulluqçularına, kənd təsərrüfatının istehsalında çalışan işçilərə, təhsil müəssisələrində pedoqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, məktəbdənkənar müəssisələrin rəhbər işçilərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb bacılarına, əczaçılara və s. 30 təqvim günü məzuniyyət verilir.

Əlavə məzuniyyətlər isə əmək stajına, əmək şəraitinə, uşaqlı qadınlara və işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə verilən məzuniyyətlərdən ibarətdir.

İndi isə xitam zamanı işçilərin məzuniyyət hüquqlarının hansı şəkildə təmin olunması qaydasına baxaq. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasından və səbəbindən asılı olmayaraq, işçiyə işdən çıxdığı günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində işçilərin müvafiq olaraq 56, 42, 46, 35 təqvim günü əmək məzuniyyətindən istifadə hüququ vardır. Bəzi hallarda həmin məzuniyyətlərin əsas məzuniyyət olduğu bildirilir və işçilərin əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd olunan günlərə uyğun kompensasiya ödənilir. Lakin biz 118, 119, 120 və 121-ci maddələrə nəzər yetirsək görərik ki, həmin maddələr üzrə verilən məzuniyyətlər əsas məzuniyyət deyil, əmək məzuniyyəti kimi qeyd edilib. Bu da bizə əsas verir ki, həmin maddələr üzrə məzuniyyət hüququ olan işçilərin əmək müqaviləsinə xitam verilərkən əsas məzuniyyətə görə kompensasiya ödənilsin.

Misal 1. “AA” MMC-də baş mühasib vəzifəsində çalışan II dərəcəli əlilliyi olan işçinin əmək müqaviləsinə 1 il işlədikdən sonra xitam verilir. İşçinin bir iş ilinə görə, yəni 42 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalığı var. Bu halda son haqq-hesab hesablanarkən işçiyə əlillik dərəcəsinə görə deyil, tutduğu vəzifə üzrə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 30 təqvim gününə görə kompensasiya ödəniləcək.

Misal 2. “BB” MMC-də satıcı vəzifəsində çalışan 17 yaşında olan işçinin əmək müqaviləsinə 1 il işlədikdən sonra xitam verilir. İşçinin bir iş ilinə görə, yəni 35 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalığı var. Bu halda işçiyə yaşa görə deyil, tutduğu vəzifəyə görə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 21 təqvim gününə görə kompensasiya ödəniləcək.

Misal 3. “AA” MMC-də mühəndis vəzifəsində çalışan Vətən müharibəsi iştirakçısı olan işçinin əmək müqaviləsinə 1 il işlədikdən sonra xitam verilir. İşçinin bir iş ilinə görə 46 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalığı var. Bu halda işçiyə xüsusi xidmətlərinə görə deyil, tutduğu vəzifəyə görə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 30 təqvim gününə görə kompensasiya ödəniləcək.

İşəgötürən Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri üzrə əmək məzuniyyəti hüququ olan işçinin əmək müqaviləsinə xitam verərkən bir iş ilinə görə nəzərdə tutulan əmək məzuniyyətinə görə də kompensasiya ödəyə bilər (42, 35, 46, 56). Lakin işçinin vəziyyətini yaxşılaşdıran hallar üzrə olan əlavə şərtlərin işçi ilə bağlanmış əmək müqaviləsində, yaxud kollektiv müqavilədə qeyd edilməsi tövsiyə olunur.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciətə cavab olaraq yuxarıda qeyd edilən maddələr üzrə məzuniyyət hüququ olan işçilərin əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi bildirilib. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2002-ci il tarixli qərarına əsasən, əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi - Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq qaydada ödənilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
    Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
    16-fev-2026 | Bloq
  • Əmək müqaviləsində göstərilən məbləğdən tutululan vergini kim ödəyir: işçi, yoxsa işəgötürən?
    Əmək müqaviləsində göstərilən məbləğdən tutululan vergini kim ödəyir: işçi, yoxsa işəgötürən?
    16-fev-2026 | Bloq
  • Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib
    Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib
    13-fev-2026 | Bloq
  • Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar
    Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar
    13-fev-2026 | Bloq
  • Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi
    Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi
    12-fev-2026 | Bloq
  • İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?
    İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?
    12-fev-2026 | Bloq
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA
    Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA
    11-fev-2026 | Bloq
  • POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?
    POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?
    11-fev-2026 | Bloq
  • Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?
    Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?
    10-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech