logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

AZE FİNANCE – 5 İLLİK UĞURLU FƏALİYYƏTİN NÖVBƏTİ MƏRHƏLƏSİ

  • Bloq
  • 17-okt-2025, 16:47
  • 218
AZE FİNANCE – 5 İLLİK UĞURLU FƏALİYYƏTİN NÖVBƏTİ MƏRHƏLƏSİ



2025-ci il AZE FİNANCE üçün əlamətdar bir tarixlə yadda qaldı. Şirkətimizin fəaliyyətə başlamasından 5 il ötür. Bu beş illik yol zəhmət, inkişaf və qarşılıqlı etimada əsaslanan davamlı əməkdaşlıqlarla müşayiət olunmuşdur. Bu müddət ərzində biz mühasibat, vergi, audit, kadr və gömrük xidmətləri sahəsində minlərlə fiziki və hüquqi şəxslə əməkdaşlıq etmiş, müştərilərimizin ehtiyaclarını peşəkar və operativ şəkildə qarşılamağa çalışmışıq.

Fəaliyyətimizin 5 illik yubileyi münasibətilə keçirilən tədbir, bu yolda bizimlə birgə addımlayan tərəfdaşlarımız, müştərilərimiz və əməkdaşlarımız üçün həm hesabat xarakteri daşıdı, həm də gələcəyə baxışın təqdimatı oldu. Tədbirdə şirkətimizin keçdiyi inkişaf mərhələləri, gələcək planları və strateji hədəfləri geniş şəkildə iştirakçılarla bölüşüldü.

Tədbirin ən önəmli məqamlarından biri də AZE FİNANCE Sumqayıt ofisinin rəsmi açılışı oldu. Yeni ofisin fəaliyyətə başlaması bizim üçün yalnız coğrafi genişlənmə deyil, həm də müştəri məmnuniyyəti, yerli bazara yaxınlıq və regional inkişafda fəal iştirak baxımından strateji əhəmiyyət daşıyır. Sumqayıt və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlar, fiziki və hüquqi şəxslər artıq xidmətlərimizdən yerindəcə faydalana biləcəklər.

Yeni ofisin açılması ilə AZE FİNANCE şirkəti yalnız Bakı ilə məhdudlaşmır, əksinə, ölkə üzrə daha geniş fəaliyyət imkanlarına yol açır. Şirkətimiz xidmət keyfiyyətini qoruyaraq, bütün regionlarda eyni peşəkarlıqla fəaliyyət göstərmək niyyətindədir.

Beş illik fəaliyyətimiz ərzində qazandığımız etimad və dəstəyi yüksək qiymətləndirir, bütün müştəri və tərəfdaşlarımıza təşəkkür edirik. Qarşıdakı illərdə də daim inkişaf edən, innovasiyalara açıq və müştəri yönümlü xidmət prinsiplərimizlə yolumuza davam edəcəyik.

AZE FİNANCE – etibar etdiyiniz ünvan, uğura aparan tərəfdaş!



























  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    16-apr-2026 | Bloq
  • Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    16-apr-2026 | Bloq
  • MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    15-apr-2026 | Bloq
  • AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    15-apr-2026 | Bloq
  • Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    14-apr-2026 | Bloq
  • VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli…
    VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli…
    14-apr-2026 | Bloq
  • Vətəndaşlar tərəfindən edilən kart ödənişlərinə komissiya gəlir?
    Vətəndaşlar tərəfindən edilən kart ödənişlərinə komissiya gəlir?
    13-apr-2026 | Bloq
  • Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası
    Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası
    13-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    10-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech