logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

“Prefiling” sistemi mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır

  • Bloq
  • 18-noy-2025, 10:32
  • 40
“Prefiling” sistemi mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır

“Prefiling” sistemi mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verdiyi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin öncədən doldurulması - “prefiling” sistemi bəyannamələrin daha çevik hesablanıb təqdim edilməsinə imkan verəcək. Bu fikri vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev səsləndirib. Onun sözlərinə görə, bu, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır: “Məlumdur ki, sadələşdirilmiş vergi rejimindən daha çox fiziki şəxslər istifadə edirlər, lakin bəzi hallarda onlar da hesabatları hazırlamaqda çətinlik çəkirlər. Bunun üçün ayrıca mühasib cəlb etməyə ehtiyac yaranır, buna isə əlavə vəsait tələb olunur. “Prefiling” sistemi həmin vergi ödəyicilərinə vergi bəyannamələrini daha rahat və asan formada təqdim etmələrinə, eləcə də onların maliyyə itkilərinin qarşısını almağa imkan verir. Sahibkarların bu sistemdən rahatlıqla yararlana bilməsi isə onun üstünlüyü kimi dəyərləndirilir”.

Hələlik “Sadələşdirilmiş vergi bəyannaməsi” və vahid muzdlu bəyannaməni öncədən hazırlamaq mümkündür: “Sahibkarlar hesabat müddətində şəxsi kabinetlərinə daxil olduqda həmin bəyannamələri hazır görə bilərlər. Sadəcə, bəzən onların əlində olan rəqəmlərlə vergi orqanlarının məlumat bazasındakı rəqəmlər uyğun gəlməyə bilər. Bu zaman vergi ödəyiciləri özləri həmin yanlışlıqları redaktə etməklə, bəyannaməyə doğru rəqəmləri daxil edə bilərlər. Bu, həm vaxt baxımından, həm də maliyyə xərclərinə qənaət baxımından sahibkarlar üçün xeyli əlverişlidir. Xüsusilə mikro sahibkarlar üçün DSMF hesabatlarında da belə bir rahatlıq mövcuddur”.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayının 1-dən etibarən Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib.

“Prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri öz elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech