logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yaradıcılıq məzuniyyətinə görə ödənilən məbləğin hesablanması

  • Bloq
  • 20-noy-2025, 10:18
  • 51
Yaradıcılıq məzuniyyətinə görə ödənilən məbləğin hesablanması

Yaradıcılıq məzuniyyətinə görə ödənilən məbləğin hesablanması


Mövzunu ekspert Kəmalə Yusifova şərh edir. Məzuniyyət növlərindən biri də yaradıcılıq məzuniyyətidir. Əmək Məcəlləsinin 122-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilir və Əmək Məcəlləsinin 140.5-ci maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Əmək Məcəlləsinin 122-ci maddəsinə əsaslanaraq yaradıcılıq məzuniyyətləri və onların müddətləri aşağıdakı kimi müəyyən edilir:

- Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq, ona verilən arayış əsasında istifadə edir.

- İşləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

- Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Əmək Məcəlləsinin 122-ci maddəsinin 5-ci bəndinə görə, müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Misal 1: İşçi Azərbaycan Tibb Universitetində doktoranturada təhsil alır. Əmək Məcəlləsinə əsasən, ona hər tədris ilində 30 təqvim günü ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. İşçinin aldığı əməkhaqqı 1.800 manatdır. İşçi iyun ayında yaradıcılıq məzuniyyəti götürmək istəyir. Bu zaman işçiyə yaradıcılıq məzuniyyəti haqqı onun aldığı aylıq əməkhaqqının məzuniyyətdə olduğu ayın təqvim günlərinin sayına vurulmaqla hesablanacaq:

1.800 : 30 (iyun ayında gün sayı) = 60 manat;
60 x 30 (təqvim günü) = 1.800 manat.

Misal 2: Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Vəzifə maaşı 1.800 manat olan işçi həmin hüququndan istifadə edib. Bu halda onun ödənişinin hesablanması aşağıdakı kimi olacaq:

1.800 x 3 = 5.400 manat.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech