logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicilərinə yeni proaktiv xidmət təqdim ediləcək

  • Bloq
  • 20-noy-2025, 10:35
  • 28
Vergi ödəyicilərinə yeni proaktiv xidmət təqdim ediləcək

Vergi ödəyicilərinə yeni proaktiv xidmət təqdim ediləcək


Yaxın gələcəkdə ƏDV bəyannamələrinin elektron portal üzərindən öncədən avtomatik tərtib edilməsi ilə bağlı imkanın yaradılması nəzərdə tutulur. Bu barədə Əhməd Əhmədov məlumat verib. Onun sözlərinə görə, ƏDV əvəzləşdirilməsində istifadə olunan sənədlərin də portala yüklənməsi imkanı yaradılacaq: “Hazırda sadələşdirilmiş vergi və vahid muzdlu bəyannamənin öncədən doldurulması - prefilinq imkanı yaradılıb. Bununla da vergi ödəyicilərinin işi xeyli asanlaşıb”.

Vergi inzibatçılığı və qanunvericiliyi sahəsində tətbiq olunan yeniliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması aktual olaraq qalır. Bu məqsədlə DVX tərəfindən müxtəlif resurslar və platformalardan istifadə edilməklə maarifləndirilmə tədbirləri həyata keçirilir: “Bəzi hallarda yeniliklərdən xəbərsiz olan sahibkarların hətta özlərinə aid vergi güzəştlərindən istifadə etməməsi halları müşahidə edilir. Bunların qarşısının alınması üçün vergi ödəyicilərinin maarifləndirilməsi önəmlidir. Ona görə də son illərdə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində görülən işləri xatırlatmağa ehtiyac duyuruq”.

İdarə rəisi onlayn növbə sisteminin sahibkarlara vaxt itirmədən xidmətlərdən yararlanmaq imkanı verdiyini bildirib. Bank hesabının açılması prosedurlarının sadələşdirildiyini bildirən Ə.Əhmədov vurğulayıb ki, artıq vergi orqanından dublikat almağa ehtiyac yoxdur, VÖEN almış vergi ödəyicisi bank hesabının açılması üçün birbaşa banka müraciət edir: “Artıq ödəmələrin qaytarılması prosesinin izlənməsi üçün elektron sistem yaradılıb. “Kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində xüsusilə son illərdə aktual olan riskli vergi ödəyiciləri üzrə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə qanunvericilik və inzibatçılıqda müvafiq dəyişiklik edilməklə “Kontragentləri araşdır” elektron xidməti yaradılıb. Bu xidmətdən istifadə həm vergi ödəyicilərinin təsərrüfat əməliyyatı aparacağı digər vergi ödəyicisi ilə bağlı məlumatların öyrənilməsi baxımından hüququ, həm də kontragentin müvafiq iqtisadi resurslara malik olmasının öncədən müəyyən edilməsinin qiymətləndirilməsi vəzifəsi kimi təsbit edilib. Qanunvercilikdəki ziddiyyətli məqamlar da müzakirə edilərək aradan qaldırılıb”.

Simpozium iştirakçılarının suallarını cavablandıran idarə rəisi iki mühüm məqama da toxunub. Onlardan biri vergi orqanlarına mənfəət (gəlir) vergisi ilə bağlı kameral uyğunsuzluq məktublarında qeyd olunan məlumatların verilməsi müddəti ilə bağlıdır. Həmin müddətin artırılması barədə biznes nümayəndələrindən çoxsaylı təkliflərin daxil olduğu nəzərə alınaraq, bu məsələyə yenidən baxılacağının anonsu verilib.

Digər narahatlıq doğuran məqam ƏMAS-la (“Əmək və məşğulluq“ altsistemi) inteqrasiyanın gücləndirilməsi barədədir. Sahibkarların vergi orqanlarına təqdim edilən muzdlu işlə bağlı bəyannamələrə uyğunsuzluqların verilməsi barədə fikirlərinə münasibət bildirən Ə.Əhmədov diqqətə çatdırıb ki, DVX-nin ƏMAS-la inteqrasiyası mövcuddur və qeyd olunan uyğunsuzluqlarla bağlı yaranan problemin həlli istiqamətində işlər görüləcək. Bundan sonra sahibkarların həmin narahatlıqları aradan qaldırılacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech