logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır

  • Bloq
  • 27-noy-2025, 15:28
  • 49
Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır

Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır


2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib. Hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalı ilə məşğul olan şəxslər də vergidən azad edilib.

Son dövrlərdə yerli istehsalın həcmi artıb, eyni zamanda növbəti ildən elektrik və hibrid avtomobillərin ölkəmizdə istehsalı da planlaşdırılır. Yerli istehsalın ardıcıl genişlənməsi ölkədə əlavə dəyərin yaranmasını təmin edir.

Bu baxımdan dövlətin həyata keçirdiyi proteksionist siyasət minik avtomobilləri üzrə istehsalın stimullaşdırılmasına, daxili bazarın qorunmasına və avtomobil istehsalında lokallaşdırmanın dəstəklənməsinə yönəlib. Dövlətin bu siyasətinin vergi təşviqləri ilə müşayiət olunması tamamilə məntiqlidir və mövcud vergi güzəştləri məhz yerli sənayenin inkişafı və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.

“Hazırda ölkə ərazisində istehsal olunan minik avtomobillərinin, o cümlədən elektrik və hibrid modellərin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilib. Yerli istehsalın təşviqi və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2026-cı ildən bu sahədə vergi siyasətinin növbəti mərhələsinə keçid nəzərdə tutulur. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobilləri ƏDV-dən azad ediləcək. Bununla yanaşı, yerli istehsal məqsədləri üçün yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad ediləcək”
Xatırladaq ki, gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına ƏDV tətbiq ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech