logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi Məcəlləsində sahibkarlar üçün YENİ GÜZƏŞTLƏR

  • Bloq
  • 28-noy-2025, 09:47
  • 67
Vergi Məcəlləsində sahibkarlar üçün YENİ GÜZƏŞTLƏR

Vergi Məcəlləsində sahibkarlar üçün YENİ GÜZƏŞTLƏR


Sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin prioritet istiqamətlərini təşkil edir.

2026-cı ildən vergi yükünün azaldılması, biznesin təşviqi və xüsusilə kiçik və orta sahibkarlığın stimullaşdırılması məqsədilə gözlənilən dəyişikliklər barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Elnur Yusifov açıqlama verib.

Növbəti ildən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq olunan vergi güzəştlərinin eyni qaydada şamil edilməsi planlaşdırılır. Bu, regionda sahibkarlığın stimullaşdırılmasına ciddi dəstək olacaq.

Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin (torpaq vergisi istisna olmaqla, bütün digər vergilər üzrə güzəştlər) balıq kürüsünün istehsalı istisna olmaqla, balıqçılığa da aid edilməsi nəzərdə tutulur ki, bu da sahənin inkişafına mühüm töhfə verəcək. Güzəştlərin digər qismi kənd təsərrüfatında istifadə olunan mineral gübrələrlə yanaşı, orqanomineral gübrələrin idxalının və satışının da ƏDV-dən azad ediləcəyi ilə bağlıdır. Bu da aqrar sektor üçün xərclərin azalmasına və məhsuldarlığın artmasına şərait yaradacaq.

İctimai iaşə sektorunda nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə də mühüm vergi üstünlüklərinin tətbiqi gündəmdədir. Belə ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan dövriyyədən çıxılacaq. Bu fəaliyyəti həyata keçirən sadələşdirilmiş vergi ödəyiciləri üçün isə POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə verginin dərəcəsi 8 faizdən 6 faizə endiriləcək.

Növbəti ildən etibarən nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə ƏDV qeydiyyat həddinin artırılması nəzərdə tutulur. Xüsusilə pərakəndə ticarət və vergi uçotunda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız dövriyyələrə münasibətdə limit 200 min manatdan 400 min manata qaldırılacaq. Bu dəyişiklik biznesi nağdsız əməliyyatlara daha çox yönləndirəcək və “kölgə iqtisadiyyatı” ilə mübarizədə effektiv rol oynayacaq.

Bundan başqa, fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi nəzərdə tutulur. Dəyişiklik həm investisiya mühitini yaxşılaşdırmağa, həm də kapital axınının artırılmasına yönəlib.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech