logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV qeydiyyat limiti artırılır

  • Bloq
  • 11-dek-2025, 09:59
  • 62
ƏDV qeydiyyat limiti artırılır

ƏDV qeydiyyat limiti artırılır


“Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər çərçivəsində nağdsız əməliyyatların stimullaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində atılan növbəti addımlardan biri də “kölgə iqtisadiyyatı”nın xarakterik olduğu biznes – əhali münasibətlərində belə əməliyyatların təşviq edilməsidir. Belə ki, vergi qanunvericiliyinə görə, ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olan vergi ödəyiciləri məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdırlar. 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəzərə alınmaqla iki dəfə - 200 min manatdan 400 min manata qədər artırılması nəzərdə tutulur.

Nümunə 1.

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ardıcıl 12 aylıq dövr ərzində POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar üzrə 250 min manat, nağd qaydada aparılan əməliyyatlar üzrə isə 50 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 300 min manat olsa da, təklif edilən dəyişikliyə görə, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar 50% nisbətində nəzərə alındığı üçün ƏDV məqsədləri üçün hesablanan dövriyyə 175 min manat məbləğində müəyyən ediləcək. Bu halda, vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200 min manatdan aşağı olduğu üçün fərdi sahibkarın ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Nümunə 2.

Vətəndaşlara hüquq xidməti göstərən şirkət ardıcıl 12 aylıq dövr ərzində yalnız POS-terminal vasitəsilə nağdsız satış əməliyyatları həyata keçirib və şirkətin həmin əməliyyatlar üzrə 400 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 400 min manat olsa da, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində ƏDV məqsədləri üçün hesablanan dövriyyə 200 min manat məbləğində müəyyən ediləcək. Bu halda, vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200.000 manatı keçmədiyi üçün fərdi sahibkarın ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Nümunə 3.

Vətəndaşlara tərcümə xidməti göstərən fərdi sahibkarın ardıcıl 12 aylıq dövr ərzində nağdsız qaydada POS-terminal vasitəsilə həyata keçirdiyi əməliyyatlar üzrə 250 min manat, nağd qaydada aparılan əməliyyatlar üzrə isə 100 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 350.000 manat olsa da, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində ƏDV məqsədləri üçün hesablanan dövriyyə 225.000 manat məbləğində müəyyən ediləcək. Bu halda vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200.000 manatı keçdiyi üçün fərdi sahibkar məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech