logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?

  • Bloq
  • 15-dek-2025, 10:07
  • 11
Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?

Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?


Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddədə tarif (vəzifə) maaşı, əməkhaqqına əlavə və mükafata da aydınlıq gətirilib. Mövzunu ekspert Anar Bayramov şərh edir:

"Tarif (vəzifǝ) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödənişdir.

Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir".

Əvvəlcə tarif (vəzifə) maaşının Əmək və Məşğulluq Altsistemində (ƏMAS) qeyd edilməsi ilə bağlı məqamlara aydınlıq gətirək. Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məlumat üçün bildirək ki, 1 yanvar 2025-ci il tarixdən etibarən Azərbaycanda minimum əməkhaqqı 400 manat təşkil edir. ƏMAS altsistemində də minimum əməkhaqqı ilə bağlı tələblər gözlənilir.

Misal 1: İşəgötürən vəzifəni yaratdıqda onu tam ştat kimi qeyd edib, amma işçinin əməkhaqqını minimum əməkhaqqından (400 manatdan) aşağı müəyyən etmək istəyir. Bu halda 400 manatdan aşağı əməkhaqqını proqram təminatı qəbul etməyəcək və ən azı minimum əməkhaqqı qədər olması barədə bildiriş çıxacaq.

Misal 2: İşəgötürən tam ştat olaraq yaratdığı vəzifəyə əlavə iş yeri üzrə işçi qəbul edir. Bu halda işçinin iş yeri əlavə iş yeri kimi qeyd olunduğundan, sistem tarif (vəzifə) maaşı bölməsində hər hansı məhdudiyyət tətbiq etmir. İşəgötürən işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı təyin edə bilir.

Misal 3: İşəgötürən ştatı yaratdıqda "Tam" yox, "Digərləri (3/4, 1/2 vǝ)" seçimini edib. İşəgötürən işçini əsas iş yeri üzrə işə qəbul etdiyi zaman ştat vahidi tam olaraq qeyd edilmədiyindən, ƏMAS tərəfindən minimum əməkhaqqı tələbi qoyulmur.

Bəs tam ştat vəzifəsi üzrə işçiyə natamam iş vaxtı tətbiq edib minimum əməkhaqqından aşağı məbləğ ödənilə bilərmi?

Təcrübədə ən çox rast gəlinən hallardan biri də ştat vahidi yaradarkən “Ştat məlumatları” bölməsində “Tam”ı seçən (qeyd edən) işəgötürənin işə qəbul edilən işçiyə iş vaxtı normasını tam olaraq müəyyən etmək istəməməsidir.

Misal 4: İşəgötürən tam ştatla yaratdığı satış meneceri vəzifəsinə işçi qəbul edir. Əmək müqaviləsinin şərtlərinə əsasən, işçinin iş vaxtı gündəlik 5 saat müəyyən edilib. ƏMAS-da işçinin əmək müqaviləsi bildirişinə işçinin əsas iş yeri üzrə işə qəbul olunması qeyd edilib. İşəgötürən işçinin aylıq iş vaxtı normasını tam işləməyəcəyini əsas gətirərək, ona 400 manat yox, 250 manat əməkhaqqı müəyyən edib.

ƏMAS altsistemi işçinin iş yerinin əsas, ştatın tam olduğunu nəzərə alaraq, işçiyə minimum əməkhaqqından aşağı - 250 manat əməkhaqqı müəyyən edilməsinə icazə verməyəcək. Əmək qanunvericiliyi baxımından, qeyd edilən hal mümkün olsa da ƏMAS altsistemi tərəfindən məhdudiyyət tətbiq edilir. Çıxış yolu kimi işəgötürən tam ştat yaratdığı şatış meneceri vakant vəzifəsini ləğv edərək, işçinin iş saatına müvafiq olaraq 3/4, 1/2 vǝ ya 1/4 olmaqla yeni ştat yaratmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    15-dek-2025 | Bloq
  • Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?
    Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?
    15-dek-2025 | Bloq
  • Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    12-dek-2025 | Bloq
  • Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    12-dek-2025 | Bloq
  • Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    11-dek-2025 | Bloq
  • ƏDV qeydiyyat limiti artırılır
    ƏDV qeydiyyat limiti artırılır
    11-dek-2025 | Bloq
  • Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?
    Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?
    10-dek-2025 | Bloq
  • AZE Finance sahibkarlarla keçirilən görüşdə iştirak etdi
    AZE Finance sahibkarlarla keçirilən görüşdə iştirak etdi
    10-dek-2025 | Bloq
  • 2026 Vergi dəyişiklikləri: sahibkarlar üçün yeni güzəştlər və imkanlar
    2026 Vergi dəyişiklikləri: sahibkarlar üçün yeni güzəştlər və imkanlar
    09-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech