logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

  • Bloq
  • 15-dek-2025, 10:41
  • 48
Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq


“Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq”.

Bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8 faizədək artırılır: “Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3 faizdən 5 faizə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda is 1,0 əmsalından istifadə edilir”.

Yeni dəyişikliklərdən sonra, sözügedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq: “Məsələn bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat (400 manat (minimum əmək haqq) x 3 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 40 manat (400 manat (minimum əmək haqqı) x 5 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2 faizlik artım x2 əmsal = 4 faiz edir. Minimum əməkhaqqı da 400 manat olduğu üçün 16 manat (400 manat x 4 faiz) artım qeydə alınır.

Və ya fərdi foto fəaliyyəti ilə məşğul olan şəxslər əvvəl Bakıda 40 manat (400 manat (minimum əmək haqq) x 5 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 64 manat (400 manat (minimum əmək haqqı) x 8 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni həmin şəxslərin ödənişlərində 24 manat artım olacaq.

Gözlənilir ki, yeni dərəcələr sabit qəbzin tətbiq edildiyi sahələrdə xərcləri artıracaq. Adətən isə sahibkarlar məcburi öhdəliklər üzrə xərclər artan zaman qiymət artımlarına gedirlər”.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech