logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər

  • Bloq
  • 19-dek-2025, 12:15
  • 56
Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər

Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər


Azərbaycanda işçilərin çalışdığı müəssisə və təşkilatla münasibətlərinə aid yeni qayda tətbiq ediləcək. Bu Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulub.

Yeniliyə əsasən, işçilərə çalışdıqları yerin vergi sirlərini yaymaq qadağan edilir.

Bununla bağlı Məcəllənin bir neçə maddəsinə dəyişilik ediləcək.

Məcəllənin 10-cu maddəsinə (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri) edilən dəyişikliyə əsasən, bundan sonra işçilər işəgötürənin kommersiya sirri ilə yanaşı, vergi sirrini də müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamalıdırlar.

Eyni qayda Məcəllənin 26-cı maddəsinə (Kollektiv danışıqların aparılması qaydası) əlavə edilib. Burada bildirilir ki, işçilər və işəgötürən arasında kollektiv danışıqlar aparılan zaman danışıqların iştirakçıları, burada səslənən dövlət və ya kommersiya sirri ilə yanaşı, vergi sirrini də yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.

Məcəllənin 72-ci maddəsinə (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) əsasən isə işçilərin istehsal, kommersiya və ya dövlət sirri ilə yanaşı, qəsdən vergi sirrini də yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək.

Nəhayət, Məcəllənin 199-cu maddəsinə (İşçinin tam maddi məsuliyyəti) edilən dəyişikliyə əsasən, işçi işəgötürənin kommersiya sirri ilə yanaşı, vergi sirrini də yaydıqda maddi məsuliyyət daşıyacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech