logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər

  • Bloq
  • 23-dek-2025, 10:29
  • 41
İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər

İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər


Gələn ildən işçilər ərizə yazmadan da məzuniyyətə göndərilə bilər. Bu məqam Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Gözlənilən yeniliyi ekspert Anar Bayramov layihədə Məcəlləyə əmək məzuniyyətləri ilə bağlı mühüm dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

İşçinin ərizəsi alınmadan məzuniyyətə göndərilməsi üçün bəzi şərtlər tələb olunacaq: “Əmək Məcəlləsinin 138-ci maddəsinin (“Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması”) I hissəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Maddənin mövcud tələblərinə görə, işçinin əmək məzuniyyətinə göndərilməsi üçün onun məzuniyyət hüququndan istifadə etməklə mütləq qaydada ərizə təqdim etməsi tələb olunur.

Təklif edilən dəyişikliklə işçinin ərizəsi olmadan əmək məzuniyyətinə göndərilməsi halının da Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Belə ki, 138-ci maddəyə əlavə edilməsi təklif olunan 2-1-ci hissəyə əsasən, işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edildikdən sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə, habelə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtlərinə və qaydasına riayət etmədən əmək məzuniyyətindən (tam və ya qismən) istifadə üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilə bilər”.

İqtisadçı əlavə edib ki, işəgötürənin Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsindən istifadə edə bilməsi üçün aşağıdakı şərtlərin eyni vaxtda mövcud olması təklif edilir:

- İşəgötürən tərəfindən əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtib edilməsi;

- İşçinin əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı əsasların mövcud olmaması;

- İşçiyə əmək məzuniyyətinin növbəlilik cədvəli barədə işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığın edilməsi;

- İşçinin həmin xəbərdarlıqdan sonra əmək məzuniyyətindən istifadə ilə bağlı ərizə ilə müraciət etməməsi.

Qeyd edilən dörd şərt mövcud olduqda, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik işəgötürənə işçinin ərizəsi olmadan, əmr (sərəncam, qərar) əsasında müvafiq iş ili üzrə əmək məzuniyyətinə göndərmək hüququ verir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech