logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Distant iş formasında əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək

  • Bloq
  • 24-dek-2025, 11:06
  • 36
Distant iş formasında əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək

Distant iş formasında əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək


Xəbər verdiyimiz kimi, gələn ildən Əmək Məcəlləsində 100-dən çox dəyişikliyin edilməsi gözlənilir. Artıq dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunub və birinci oxunuşda qəbul edilib.

Gözlənilən yenilikləri ekspert Anar Bayramov Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin üç əsas istiqamət üzrə hazırlandığını deyib. Birinci istiqamət kimi Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarının tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsində müvafiq düzəlişlərin təklif olunduğunu qeyd edib: “Misal olaraq, BƏT-in 156 nömrəli “Kişi və qadın işçilər — ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyasının tələbləri nəzərə alınmaqla “ailə vəzifələri olan işçi” anlayışının Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Konvensiya tələblərinə əsaslanan digər bir nümunə kimi, hamiləlik və doğuşa görə məzuniyyətin doğuşdan sonrakı hissəsinin azaldılmasına yol verilməməsi ilə bağlı təklif olunan düzəlişi qeyd etmək olar. Bu dəyişiklik BƏT-in “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına yenidən baxılması barədə 183 nömrəli Konvensiyasının tələblərindən irəli gəlir”.

İkinci istiqamət üzrə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsində bəzi terminoloji və struktur dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məcəllədə qeyd olunan “əmək müqaviləsinin ləğv edilməsi” ifadəsinin “əmək müqaviləsinə xitam verilməsi” anlayışı ilə əvəz edilməsi təklif olunur: “Digər bir nümunə kimi, Əmək Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinin ləğv edilməsi ilə bağlı təklifi göstərmək olar. Belə ki, həmin hissədə yalnız müvafiq iş yerində azı bir il çalışan işçilərin attestasiyadan keçirilə biləcəyi qeyd edilib. Eyni məzmunlu norma Əmək Məcəlləsinin 66-cı maddəsində - “Attestasiya olunmayan işçilər” adlı maddədə də əks olunub. Hər iki maddə eyni hüquqi nəticəni ifadə etdiyindən, normativ təkrarlılığın aradan qaldırılması məqsədilə 65-ci maddənin 2-ci hissəsinin ləğv olunması təklif edilir”.

Üçüncü istiqamət üzrə dəyişikliklər isə Əmək Məcəlləsinin təkmilləşdirilməsi və onun müasir əmək münasibətlərinə uyğunlaşdırılması məqsədi daşıyır. Bu istiqamətdə gözlənilən dəyişikliklərə nümunə kimi, Məcəllənin 3-cü maddəsində istifadə olunan anlayışlar sırasına “ezamiyyət” və “məsafədən (distant) iş” anlayışlarının daxil edilməsini göstərib. Vurğulayıb ki, Əmək Məcəlləsinin 117-ci maddəsinə təklif edilən dəyişikliklərə əsasən, işçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqının sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi nəzərdə tutulur: “Əmək Məcəlləsinin 3-cü maddəsinə - “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə distant işlə bağlı yeni bənd əlavə edilməsi təklif olunur. 9-2. Məsafədən (distant) iş – əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi üçün münasib digər yerdə) yerinə yetirilməsidir”.

Əmək Məcəlləsində distant işçilərlə əmək münasibətlərinin tənzimlənməsinə gəlincə, bu, əmək müqaviləsi ilə müəyyən ediləcək: “Əmək Məcəlləsinin 55-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi vasitəsilə müəyyən edilir. Maddədən göründüyü kimi, distant işçi ilə bağlanacaq əmək müqaviləsində fərqli yanaşmalar – əmək şəraiti (məzuniyyət, iş vaxtı və s.), əməyin mühafizəsi, işçinin istifadə etdiyi internet və digər rabitə xərclərinin ödənilməsi və s. öz əksini tapmalıdır”.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech