logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Proaktiv qaydada təyin ediləcək müavinətlər

  • Bloq
  • 02-apr-2026, 09:50
  • 5
Proaktiv qaydada təyin ediləcək müavinətlər

Proaktiv qaydada təyin ediləcək müavinətlər


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli qərarı ilə sosial sığorta əsaslı müavinətlərlə bağlı həyata keçirilən islahat tədbirləri bu müavinətlərin təyinatının avtomatlaşdırılmasını, habelə onların təyinatı sahəsində bir sıra humanist dəyişiklikləri nəzərdə tutur. Mövzunu ekspert Kəmalə Yusifova şərh edir.

Belə ki, sosial sığorta əsaslı olan 4 müavinət növü 2026-cı il may ayının 1-dən avtomatlaşdırılmış, proaktiv qaydada təyin ediləcək:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
- hamiləliyə və doğuma görə müavinət;
- 3 yaşınadək uşağa qulluğa görə müavinət;
- dəfn üçün birdəfəlik müavinət.

Bununla da həmin müavinətlərin təyinatı üçün işçinin müraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyac qalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiya yaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi, təqdim edilməsi) aradan qalxacaq.

Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçün prosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim etməsi, komissiyanın qərar qəbul etməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, fondun müavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1 mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyin edilməsi) ilə tamamlanacaq.

Bu proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslı müavinətlərin ödənişi prosesinin daha çevik və şəffaf olmasına, hazırda alınması müəyyən qədər vaxt tələb edən sosial sığorta əsaslı müavinətlərin qısa müddət ərazində ödənişinə imkan yaradacaq. Yeni islahat tədbiri nəticəsində, həmçinin, sığortaolunanın stajından asılı olaraq, hazırda ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80 faiz, 100 faizi qədər ödənilirsə, bundan sonra həmin seçimlər ləğv edilir. Stajından asılı olmayaraq, hər bir işçiyə 100 faiz məbləğində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödəniləcək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hazırda əlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətində ödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində ödəniləcək. İndiyədək yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirdisə, artıq əlilliyi olan bütün uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürənin öhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı (DSMF) aparacaq.

Əsas dəyişiklikdən biri də odur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində müavinətin hesablanmasında nəzərə alınan dövr üçün sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə borc məbləği tam ödənildikdə və ya həmin dövrə dəqiqləşdirilmiş hesabat təqdim edilməsi səbəbindən sığortaolunanın qazancında artım olduqda sığortaedənin müraciəti əsasında müavinət sığortaçı tərəfindən yenidən hesablanır və yaranmış fərqin sığortaolunana ödənilməsi təmin edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində müavinətin hesablanmasında nəzərə alınan dövr üçün sığortaedən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməsi səbəbindən sığortaolunanın qazancında azalma olduqda, müavinət sığortaçı tərəfindən yenidən hesablanır və artıq verilmiş məbləğin geri qaytarılması təmin edilir.

Sığortaolunanlara hamiləliyə və doğuma görə müavinət sığortaedən tərəfindən “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra həmin altsistemdən əldə olunmuş məlumatlar əsasında ödəniş təmin edilir. Sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət uşağın anadan olmasının qeydiyyatına dair Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən və qismən ödənişli sosial məzuniyyət əmrinə dair ƏMAS-dan əldə olunmuş məlumatlar əsasında hər uşaq üç yaşına çatanadək qanunvericiliklə müəyyən edilmiş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.

Müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi məlumatların ötürüldüyü gündən 5 iş günü müddətində təmin edilir. Bu zaman çatışmazlıqlar aşkar edildikdə, bu müddət hər dəfə 10 iş günü olmaqla, ən çox 2 dəfə uzadıla bilər. Hər hansı bir çatışmazlıq səbəbindən müavinətin ödənilməsi mümkün olmadıqda, bu barədə 5 iş günü müddətində sığortaedən və sığortaolunanın şəxsi kabinetinə səbəblər göstərilməklə bildiriş göndərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sığortaçı tərəfindən müavinətin ödənilməsi həyata keçirilir.

2026-cı ilin 30 aprel tarixindən sonra uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə buraxılmış sığortaolunanlara bu müavinət ƏMAS-a daxil edilən sığortaolunana qismən ödənişli sosial məzuniyyət verilməsi barədə əmr və EHİS vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sistemindən uşağın anadan olması ilə bağlı əldə olunmuş məlumatlar əsasında Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur və sığortaçı tərəfindən ödənilir. Tam olmayan ay üçün müavinət sığortaolunanın məzuniyyətdə olduğu həmin aydakı təqvim günlərinə mütənasib qaydada verilir.

2026-cı il 1 may tarixindən əvvəl təyin edilmiş müavinətin ödənişi təyin olunan zaman qüvvədə olan qanunvericiliyə uyğun davam etdirilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    01-apr-2026 | Bloq
  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq
  • Bir sıra ərizə formaları yenilənib
    Bir sıra ərizə formaları yenilənib
    31-mar-2026 | Bloq
  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech