logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir

  • Bloq
  • 14-may-2026, 10:50
  • 37
HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir

HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir


Dövlət Vergi Xidməti “Hasilatın Pay Bölgüsü Haqqında Sazişlər” (HPBHS) çərçivəsində fəaliyyət göstərən şirkətlərin xarici subpodratçılara etdiyi ödənişlərin vergiyə cəlb olunması ilə bağlı məsələyə aydınlıq gətirib. Qurum bildirib ki, HPBHS-lər üzrə tətbiq edilən xüsusi vergi rejimi ümumi vergi qanunvericiliyindən üstün hüquqi qüvvəyə malik olduğundan, bu sazişlərdə nəzərdə tutulan xüsusi qaydalar əsas götürülməlidir.

Açıqlamada qeyd olunub ki, Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərdə Vergi Məcəlləsi və digər normativ hüquqi aktlardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin müddəaları tətbiq edilir. Bu isə o deməkdir ki, karbohidrogen fəaliyyəti üzrə xüsusi protokollarla müəyyən edilmiş vergi qaydaları ümumi vergi normalarından üstün hesab olunur.

Qurum xüsusilə ACG layihəsi üzrə “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un müddəalarına diqqət çəkib. Bildirilib ki, protokolun 1.1-ci bəndinə əsasən, karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan ərazisində iş və xidmətlər həyata keçirən xarici subpodratçıların əldə etdikləri ödənişlərin müəyyən hissəsi mənfəət kimi qəbul olunur və həmin məbləğə tətbiq edilən 25 faizlik mənfəət vergisi yekunda ödəniş mənbəyində tutulan 5 faizlik vergiyə bərabər hesab edilir.

Eyni zamanda, protokolun 1.2-ci bəndinə əsasən, həmin 5 faiz vergi istisna olmaqla xarici subpodratçılar karbohidrogen fəaliyyəti ilə bağlı digər bütün vergi və ödənişlərdən azad olunurlar. Bu səbəbdən, xarici subpodratçının güzəştli vergi tutulan ölkədə və ya ərazidə qeydiyyatda olub-olmamasından asılı olmayaraq əlavə 10 faiz ödəmə mənbəyində verginin tətbiqinə ehtiyac yaranmır.

Dövlət Vergi Xidməti vurğulayıb ki, “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un tətbiq dairəsinə daxil olan hallarda xarici subpodratçılara edilən ödənişlərdən yalnız 5 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır və əlavə vergi öhdəliyi yaranmır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech