logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi

  • Bloq
  • 19-may-2026, 10:12
  • 9
Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi

Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi


Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanununa əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə AR Prezidentinin sərəncamı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında AR Prezidentinin sərəncamı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.

Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir:

a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

ali təhsili olanlar — 1 il;
qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay.
Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edimləsi

Müəssisə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən hərbi və ya alternativ xidmətə çağırılan işçiləri işdən azad etmək hüququna malikdir.

Müəssisə ləğv edilmirsə çağırışçı olan işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər (AR Əmək Məcəlləsi. Maddə 77.9).

Çağırışçı ilə əmək müqaviləsi AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndi - “işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda” - əsasında ləğv edilir. Çağırışçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tərəfindən verilən çağırış vərəqəsi əmək müqaviləsinə xitam veriməsi üçün əsasdır. Əmək müqaviləsinə xitam çağırış vərəqəsində göstərilən çağırış məntəqəsinə gəlmək üçün son tarixdən gec olmayaraq verilməlidir. Bu sənədin sürəti əsasında işdən azad olunma əmri hazırlanır və işçi onun ilə tanış edilir.

Müddətli hərbi xidmət zamanı işçinin əmək stajı.

Müddətli hərbi xidmət dövrü işçinin əmək stajına daxil edilmir. Belə ki, AR Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən Əmək Məcəlləsinin müddəaları hərbi qulluqçulara şamil edilmir.

Müddətli hərbi xidmətə çağırılan işçinin işdən azad edilməsi zamanı ödənişlər.

Hərbi xidmətə çağırılan işçi, işdən azad edildikdə, standart ödənişlərə əlavə olaraq, AR Əmək Məcəlləsinin 74.7-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət almaq hüququna malikdir.

İşdən azad edildiyi gün işçiyə aşağıdakılar ödənilməlidir:

- işlədiyi günlər üçün əmək haqqı;
- istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya;
- orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət.
Bundan başqa, AR Vergi Məcəlləsinin 102.1.14.16-cı maddəsinə əsasən işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği kompensasiya xarakterli ödəmə hesab edilir və gəlir vergisindən azaddır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq
  • Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    19-may-2026 | Bloq
  • Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    18-may-2026 | Bloq
  • Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    18-may-2026 | Bloq
  • Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    18-may-2026 | Bloq
  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech