logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK

  • Bloq
  • 19-may-2026, 10:40
  • 6
Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK

Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK


2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər biri də balıq və balıq məhsullarının satışı zamanı ƏDV-nin hesablanması ilə bağlıdır. Yeniliyi Təbriz Məmmədli şərh edir.

2026-cı ildən balıq və balıq məhsulları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti kimi qəbul olunur. Eyni zamanda, kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ƏDV üzrə müəyyən güzəşt fürsətləri yaradır.

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib. Balıqçılıq fəaliyyəti də 2026-cı ildən kənd təsərrüfatı fəaliyyətinə aid edildiyi üçün həmin istehsalçılar tərəfindən istehsal olunan balıq məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.

Misal 1: “AA” MMC balıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektidir. Müəssisənin istehsal etdiyi balıq məhsullarının satışı üzrə 2025-ci ildə 10.000 manat, 2026-cı ildə isə 20.000 manat dövriyyəsi olub. Qeyd olunan illər üzrə ƏDV məbləğini hesablayaq:

2025-ci il üzrə: 10.000 x 18% = 1.800 manat;
2026-cı il üzrə: ƏDV-dən azaddır.

Vergi Məcəlləsində edilmiş dəyişikiliklərlə vergi güzəştlərindən biri də Məcəllənin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Balıq məhsullarının satışı zamanı ƏDV satış qiymətindən deyil, ticarət əlavəsindən, yəni satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanacaq.

Lakin bir məqamı unutmayaq ki, qeyd edilən güzəşt kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və həmin bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı isə müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda tətbiq edilir. Məhsulların alışı və ya satışı bu qaydada rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Misal 2: “BB” MMC balıq məhsullarının topdan satışı ilə məşğul olan təsərrüfat subyektidir. 2026-cı ilin yanvar ayı ərzində 10.000 manat dəyərində balıq məhsullarını elektron qaimə-faktura əsasında digər təsərrüfat subyektindən əldə edərək 12.000 manata elektron qaimə-faktura əsasında alıcıya satıb. Bu zaman yanvar ayı üzrə ƏDV aşağıdakı qaydada hesablanacaq:

Ticarət əlavəsi – 12.000 – 10.000 = 2.000 manat;
ƏDV məbləği - 2.000 x 18% = 360 manat.

Lakin alış və ya satış qüvvədə olan qanunvericiliyə uyğun aparılmadığı halda, ƏDV aşağıdakı qaydada hesablanacaq:
ƏDV = 12.000 x 18% = 2.160 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq
  • Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    19-may-2026 | Bloq
  • Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    18-may-2026 | Bloq
  • Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    18-may-2026 | Bloq
  • Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    18-may-2026 | Bloq
  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech