logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir

  • Bloq
  • 20-may-2026, 10:07
  • 0
Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir

Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir


Təcrübədə müəssisələrdə gecə saatlarında işləyənlər olsa da, onların əməkhaqlarının gündüz işləyənlərdən fərqlənmədiyi hallarına rast gəlinir. Beləliklə, eyni işi yerinə yetirmələri əsas gətirilərək, onlara eyni məbləğdə əməkhaqqı ödənilir.

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir?

Əmək Məcəlləsinin 166-cı maddəsində bildirilir ki, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarında deyilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə izahata görə, çoxnövbəli iş rejimi deyildikdə müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti 40 saatlıq iş həftəsində 8 saatdan çox olmayan iş rejimi başa düşülür.

Əmək Məcəlləsinə əsasən, saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən, iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

İş vaxtının ən azı yarısı gecə vaxtına düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir.

Məsələn, fasiləsiz fəaliyyət göstərən müəssisədə işçilər çoxnövbəli iş rejimində çalışırlar. Bu məqsədlə onlarla bağlanılan müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən olunur. Bu halda ilin hər hansı bir ayı ərzində işçi 160 saat işləyib. Bunun 40 saatı axşam, 40 saatı gecə, 80 saatı isə gündüz növbəsində çalışıb. İşçinin aylıq 1000 manat əməkhaqqı almasını nəzərə alanda, işçinin saatlıq tarif maaşı 6,25 manat təşkil edəcək.

Axşam növbəsinə görə əlavə haqq: (40x 6,25) 20% = 50 manat

Gecə növbəsində işlərə görə əlavə haqq: (40x6,25) 40% = 100 manat

İşçinin maaşı 1000 + 50 + 100 = 1 150 manat təşkil edəcək.

Digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının (saat 22-dən sonra) hər saatına görə saatlıq tarif maaşının 20 faizi həddində əlavə haqq verilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq
  • Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    20-may-2026 | Bloq
  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq
  • Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    19-may-2026 | Bloq
  • Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    18-may-2026 | Bloq
  • Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    18-may-2026 | Bloq
  • Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    18-may-2026 | Bloq
  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech