Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər

Qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyətə başlamazdan əvvəl fiziki şəxs vergi orqanlarında uçota alınaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Vergi qanunvericiliyinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əldə etdikləri vergiyə cəlb olunan gəlirlərdən 20 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Bununla yanaşı, mikro sahibkarlıq subyektləri üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Belə ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizinə vergi güzəşti tətbiq edilir. Orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində işçilərin ümumi sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən olunur.
Eyni zamanda, 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyətlərdən əldə etdikləri və təqvim ili üzrə 45 min manata qədər olan gəlirlərinin 75 faizi gəlir vergisindən azad edilir. Bu zaman xərclər nəzərə alınmır və güzəşt birbaşa əldə olunan gəlirə tətbiq olunur.
Fəaliyyət reklam xidmətləri, rəqəmsal xidmətlər və ya xidmətlərin ixracı kimi qanunvericilikdə nəzərdə tutulmuş sahələrə aid olduqda, sahibkarlar qeyd edilən 75 faizlik güzəşt hüququndan yararlana bilərlər. Lakin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı hallarda, həmin əməliyyatlardan əldə olunan gəlirlərə bu güzəşt tətbiq edilmir.
Bundan əlavə, sahibkar eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul olduqda, güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, güzəşt tətbiq olunan fəaliyyət sahələrindən əldə edilən gəlirlərin xüsusi çəkisi onun illik ümumi gəlirlərinin ən azı 50 faizini təşkil etsin. Əks halda, qanunvericilikdə nəzərdə tutulan vergi güzəştindən yararlanmaq mümkün olmur.
Sosial sığorta öhdəliklərinə gəldikdə isə, “Sosial sığorta haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Bununla yanaşı, ödənilən məbləğ minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz. Bu qaydalar sahibkarların həm vergi, həm də sosial sığorta öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin edir.