Şirin peçenye və vafli istehsalçılarına vergi güzəşti hansı hallarda tətbiq olunur?
- Tarix
- Oxunma 4
Şirin peçenye və vafli istehsalçılarına vergi güzəşti hansı hallarda tətbiq olunur?

Vergi Məcəlləsinin 106.1.31-ci maddəsinə əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslər müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi üzrə mənfəət vergisini ödəməkdən, habelə həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini və torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Bu siyahı qida məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida məhsullarının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur. Xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırılması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida məhsullarının istehsalı (emalı) hesab edilmir və Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrində nəzərdə tutulmuş vergi güzəştləri bu fəaliyyətləri həyata keçirən vergi ödəyicilərinə şamil edilmir.
Vergi Məcəlləsinin 106.1.31-ci maddəsində nəzərdə tutulmuş vergi güzəşti Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda göstərilən qida məhsullarının, o cümlədən şirin peçenye və vaflinin istehsalını (emalını) həyata keçirən hüquqi şəxslərə tətbiq edilir.

en
ru
tr