Azərbaycanda IT sektoru üzrə vergi güzəştləri ilə bağlı qanun layihəsi I oxunuşda qəbul edilib
- Tarix
- Oxunma 3
Azərbaycanda IT sektoru üzrə vergi güzəştləri ilə bağlı qanun layihəsi I oxunuşda qəbul edilib

Məlumat üçün bildiririk ki, qanun layihəsinə əsasən xaricdən gələn yüksəkixtisaslı mütəxəssislər və ölkəyə qayıdan azərbaycanlı mütəxəssislər üçün 0 % gəlir vergisi tətbiq edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkət və şəxslərin gəlirlərinin vergidən azad edilməsi təklif olunur.
Həmçinin, bu sahələrdə fəaliyyət göstərən şirkətlərin səhmdarlarına ödənilən dividendlərin 20 il müddətinə vergidən azad olunması nəzərdə tutulur.
Qanun layihəsində kraudfandinq (kütləvi maliyyələşdirmə) vasitəsilə həyata keçirilən investisiyalardan əldə edilən gəlir və dividendlərin vergidən azad edilməsi də öz əksini tapıb.
Bundan əlavə, rəqəmsal layihələrin həyata keçirilməsi üçün ayrılan qrant və subsidiyaların vergitutulan gəlir hesab edilməməsi təklif edilir.
Eyni zamanda, yeni yaradılan startapların vergi mübahisələri zamanı müəyyən hallarda məhkəmə qərarınadək bank hesablarının bloklanmaması ilə bağlı müddəalar da qanun layihəsində öz əksini tapmışdır.

en
ru
tr