DİQQƏT! İşəgötürənlər üçün yeni cərimələr təsdiqləndi

Əmək Məcəlləsinin 48-ci maddəsi – “Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər” – işə qəbul zamanı işçinin işəgötürənə təqdim etməli olduğu sənədləri tənzimləyir.
19 may 2026-cı il tarixli dəyişikliklə 48-ci maddənin 5-3-cü hissəsi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, həmin maddənin 5-ci hissəsinin birinci abzasında nəzərdə tutulan sağlamlıq haqqında tibbi arayış və 5-2-ci hissədə nəzərdə tutulan narkoloji müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbulu qadağandır.
Söhbət aşağıdakı iki sənəddən gedir:
Sağlamlıq haqqında tibbi arayış – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşə və vəzifələr üzrə tələb olunur.
Narkoloji müayinə (tibbi yoxlama) haqqında rəy – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2026-cı il tarixli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 192.13-cü və 192.14-cü maddələr məhz bu sənədlərlə bağlı işəgötürənlərin məsuliyyətini müəyyən edir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.13-cü maddəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə görə narkoloji xəstə hesab edilən şəxslə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və ya vəzifə üzrə əmək müqaviləsinin bağlanmasına və ya həmin əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.14-cü maddəsinə əsasən isə, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sağlamlıq haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilərkən tələb olunan narkoloji müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə edilir.

en
ru
tr