Qum və çınqıl hasilatı ilə məşğul olan sahibkar mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?
- Tarix
- Oxunma 3
Qum və çınqıl hasilatı ilə məşğul olan sahibkar mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?

Praktikada tez-tez rast gəlinən suallardan biri də budur: 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs əlavə fəaliyyət kimi qum və çınqıl hasilatı ilə məşğul olduqda hər ay mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?
Məsələyə Vergi Məcəlləsinin tələbləri əsasında baxdıqda cavab bəli olur.
Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində (o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və hüquqi şəxslər mədən vergisinin ödəyiciləri hesab olunur.
Bu o deməkdir ki, sahibkarın əsas fəaliyyətinin sadələşdirilmiş vergi ilə vergiyə cəlb olunması onu mədən vergisi öhdəliyindən azad etmir. Əgər sahibkarın əlavə fəaliyyət növü 0812101 – Sənaye və tikinti üçün qum və çınqıl hasilatıdırsa və faktiki olaraq bu fəaliyyət həyata keçirilirsə, o zaman mədən vergisi üzrə ayrıca vergi öhdəliyi yaranır.
Qanunvericiliyə görə, mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Buna görə də vergi ödəyicisi hər hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq mədən vergisi bəyannaməsini vergi orqanına təqdim etməli, həmçinin hesablanmış vergi məbləğini dövlət büdcəsinə ödəməlidir.
Nəticə etibarilə, 2 faiz sadələşdirilmiş vergi ödəyicisi olsanız belə, əlavə fəaliyyət kimi qum və çınqıl hasilatı ilə məşğul olduğunuz halda hər ay üzrə mədən vergisi bəyannaməsi təqdim etməli və hesablanmış mədən vergisini büdcəyə ödəməlisiniz. Bu öhdəlik sadələşdirilmiş vergi öhdəliyindən ayrıca və müstəqil şəkildə yerinə yetirilir.

en
ru
tr