Günəş panellərinin uçotu və 15 illik enerji satışı üzrə vergi qaydaları

Günəş enerjisinin istehsalı və 15 il müddətinə satışı ilə bağlı quraşdırılan günəş panellərinin uçotu ilə bağlı mühüm vergi izahı verilib.
Vergi orqanının açıqlamasına əsasən, enerji satışının həyata keçirilməsi və müqavilədə müəyyən edilmiş müddətin sonunda günəş panellərinin alıcıya əvəzsiz təqdim edilməsi məqsədilə quraşdırılan panellərə çəkilən xərclər vergitutma məqsədləri üçün kapitallaşdırılaraq əsas vəsait kimi uçota alınır.
Bu aktivlər istismar müddətində əsas vəsait kimi nəzərə alınır və onların dəyərinə Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya hesablanır. Yəni panellərin ayrı-ayrı komponentlərinin dəyərinin müəyyən həddən aşağı olması onların avtomatik olaraq xərc kimi tanınması anlamına gəlmir. Əməliyyatın mahiyyəti və panellərin uzunmüddətli istifadəsi nəzərə alınaraq xərclər kapitallaşdırılır.
Bununla yanaşı, müqavilənin sonunda günəş panellərinin alıcıya təmənnasız təqdim edilməsi də vergi baxımından nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, aktivləri əvəzsiz və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri həmin aktivin bazar qiyməti ilə Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun müəyyən edilən dəyəri arasındakı fərqdən ibarət olur.
Bu səbəbdən 15 illik dövr ərzində günəş panellərinin uçotu, amortizasiya hesablanması, enerji satışından əldə olunan gəlirlər və müqavilənin sonunda aktivlərin əvəzsiz təqdim edilməsi ayrı-ayrılıqda qiymətləndirilməlidir.
Vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün müqavilənin şərtləri, panellərin quraşdırılması, enerji satışının həyata keçirilməsi və 15 ilin sonunda panellərin alıcıya verilməsi ilə bağlı bütün faktiki hallar və təsdiqedici sənədlər nəzərə alınmalıdır. Bu məqsədlə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına ətraflı məlumat və sənədlərlə birlikdə müraciət etməsi tövsiyə olunur.

en
ru
tr