İdxal olunan hot-dog çörəyinin satışı ƏDV-dən azaddırmı?

Çörəyin hansı növlərinin satışı ƏDV-yə cəlb olunur?
Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən etibarən 10 il müddətinə ƏDV-dən azad edilmişdir.
Qeyd olunan normadan göründüyü kimi, ƏDV-dən azadolma çörəyin idxalına deyil, onun istehsalına və satışına tətbiq olunur. Bu səbəbdən xaricdən idxal edilən hot-dog çörəyinin idxalı zamanı ƏDV-dən azadolma tətbiq edilmir.
Bununla yanaşı, həmin çörəyin Azərbaycan ərazisində sonrakı satışı zamanı ƏDV-dən azadolma nəzərdə tutulur. Qanunvericilikdə bu azadolma çörəyin konkret növləri ilə məhdudlaşdırılmayıb və çörəyin bütün növlərinin istehsalı və satışı ƏDV-dən azad edilən əməliyyatlara aid edilmişdir.
Beləliklə, hot-dog çörəyi də çörək məhsulu hesab edildiyi halda, onun Azərbaycan ərazisində satışı Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən ƏDV-dən azaddır. Lakin idxal mərhələsində ƏDV üzrə vergitutma məsələsi ayrıca qiymətləndirilməlidir.
İdxal-ixrac əməliyyatlarına nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük orqanları tərəfindən həyata keçirilir. Bu səbəbdən idxal zamanı tətbiq olunan vergilər və gömrük rüsumları barədə ətraflı məlumat üçün Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət edilməsi tövsiyə olunur.

en
ru
tr