Sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.

Qanunvericilikdə əmək qabiliyyətli olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyaya aid övladları nəzərdə tutulur.
Aylıq sosial müavinət kimlərə verilir?
Hazırda qanunvericiliyə əsasən aşağıdakı kateqoriyalar aylıq sosial müavinət almaq hüququna malikdir:

- dövlət qulluqçuları – müəyyən edilmiş şərtlərlə ömürlük müavinət;
- yaşa görə müavinət almaq hüququ olan şəxslər;
- əlilliyi olan şəxslər;
- ailə başçısını itirmiş şəxslər;
- 3 yaşınadək uşağa qulluq edən şəxslər;
- müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları;
- valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələr;
- vəfat etmiş Azərbaycanın keçmiş Prezidentinin həyat yoldaşı və ya öhdəsində olan uşağı;
- beşdən çox uşağı olan qadınlar;
- övladlığa götürülən uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar;
- himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyəsi ilə məşğul olan şəxslər.
en
ru
tr