Sahibkarların SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürməsi qaydası dəyişdi
- Tarix
- Oxunma 4
Sahibkarların SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürməsi qaydası dəyişdi

Fərdi sahibkarlar və hüquqi şəxslər bundan sonra sima.az saytının Kabinetim bölməsində digər şəxslərə müddətsiz imza səlahiyyəti verə bilərlər. Yeni funksiya sahibkarlara vergi, gömrük, bank və digər biznes əməliyyatlarını onların adından icra edəcək şəxsləri tam rəqəmsal qaydada təyin etməyə imkan verir.
Səlahiyyətin verilməsi üçün Kabinetimbölməsində müvafiq şəxsin FİN kodunu daxil etmək və ona uyğun rol təyin etmək kifayətdir. Səlahiyyət ötürülən şəxsin sahibkarın müəssisəsində çalışması tələb olunmur: sahibkar imza hüququnu həm öz əməkdaşına, həm də əməkdaşlıq etdiyi digər şəxslərə həvalə edə bilər. Əsas şərt həmin şəxsin müəssisənin VÖEN-i üzrə SİMA-nın biznes imza sertifikatına malik olmasıdır.
Verilən səlahiyyət müddətsizdir və sahibkar onu istənilən vaxt ləğv etmək hüququna malikdir.
Qeyd edək ki, biznes imza sertifikatını SİMA İmza tətbiqində onlayn şəkildə əldə etmək olar. İmzanı ilk dəfə əldə edən şəxslər 6AYPULSUZ promokodundan yararlanaraq, imzadan ilk 6 ay ərzində ödənişsiz istifadə edə bilərlər.

en
ru
tr