logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

AZE Finance-in bir aylıq nailiyyətləri - Uğura doğru inamlı addımlar

  • Layihələr
  • 02-mar-2026, 11:24
  • 48
AZE Finance-in bir aylıq nailiyyətləri - Uğura doğru inamlı addımlar

AZE Finance-in bir aylıq nailiyyətləri - Uğura doğru inamlı addımlar


Maliyyə və vergi sahəsində peşəkar yanaşması ilə seçilən AZE Finance şirkəti sahibkarların vergi hüquqlarının qorunması və düzgün maliyyə idarəçiliyinin təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkətimizin son uğurlarından biri də 2025-ci ilin 3-cü rübü üzrə əsassız hesablanmış kameral vergi hesablanmasının ləğv olunması ilə bağlıdır.

Belə ki, vergi məsələləri üzrə mütəxəssis İsax Qasımovun nəzarəti altında, əməkdaşımız Aytəkin Fərzəliyeva tərəfindən aparılan peşəkar araşdırma və təqdim edilən əsaslandırılmış izahatlar nəticəsində sahibkara tətbiq edilmiş kameral hesablanma yenidən nəzərdən keçirilmiş və əsassız hesablanma ləğv edilmişdir.

Araşdırma zamanı 2025-ci ilin 3-cü rübü üzrə Vahid bəyannamə və təqdim edilmiş hesabatlar diqqətlə təhlil olunmuşdur. Aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, sahibkar tərəfindən ödənilməli olan sosial və icbari sığorta haqları aşağıdakı kimi düzgün hesablanmışdır:

- Məcburi Dövlət Sosial Sığorta (MDSS): 409.09 AZN

- İşsizlikdən sığorta haqqı: 16.36 AZN

- İcbari Tibbi Sığorta (İTS): 65.46 AZN

- Cəmi ödənilməli məbləğ: 490.91 AZN



Peşəkar yanaşma və qanunvericiliyə uyğun izahatların təqdim olunması nəticəsində kameral hesablanma üzrə yaranmış uyğunsuzluq aradan qaldırılmış və sahibkarın üzərinə düşə biləcək əlavə maliyyə yükünün qarşısı alınmışdır.

Qeyd etmək lazımdır ki, vergi orqanları tərəfindən aparılan kameral yoxlamalar zamanı texniki uyğunsuzluqlar və ya hesabatlarda yaranan anlaşılmazlıqlar bəzən sahibkarlar üçün əlavə vergi öhdəliklərinin yaranmasına səbəb ola bilər. Belə hallarda peşəkar mühasibat və vergi məsləhətinin rolu olduqca vacibdir.

AZE Finance komandası məhz bu kimi hallarda sahibkarlara operativ və peşəkar dəstək göstərərək onların maliyyə maraqlarını qoruyur. Şirkətimiz mühasibat uçotunun aparılması, vergi hesabatlarının hazırlanması, kameral sorğuların cavablandırılması və vergi risklərinin azaldılması istiqamətində müştərilərinə yüksək səviyyəli xidmət təqdim edir.

Son dövrlər ərzində şirkətimiz onlarla sahibkara mühasibat və vergi xidmətləri göstərmiş, hesabatların vaxtında və düzgün təqdim olunmasını təmin etmiş, müştərilərimizin maliyyə risklərini minimuma endirmişdir. Eyni zamanda yeni əməkdaşlıqlar qurulmuş, bir neçə müəssisənin maliyyə uçot sistemi yenidən təşkil olunaraq optimallaşdırılmışdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech