logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi öhdəliklərində azalma necə əldə olunur? – Peşəkar mühasibatlıq yanaşması

  • Layihələr
  • 05-mar-2026, 10:14
  • 41
Vergi öhdəliklərində azalma necə əldə olunur? — Peşəkar mühasibatlıq yanaşması

Vergi öhdəliklərində azalma necə əldə olunur? – Peşəkar mühasibatlıq yanaşması


Müasir biznes mühitində sahibkarların qarşılaşdığı əsas məsələlərdən biri vergi və sosial ödənişlər üzrə hesabatların düzgün aparılmasıdır. Hesabatlarda baş verən hər hansı bir səhv, texniki uyğunsuzluq və ya yanlış məlumatlar bəzən sahibkar üçün əlavə maliyyə yükünün yaranmasına səbəb ola bilər. Belə hallarda isə qanunvericiliyin imkan verdiyi mexanizmlərdən istifadə edərək bəyannamələrin dəqiqləşdirilməsi və öhdəliklərin yenidən hesablanması mümkündür.

Təcrübədə tez-tez rast gəlinən hallardan biri əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamələrdə müəyyən uyğunsuzluqların aşkar edilməsidir. Bu zaman vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə artıq hesablanmış vergi və sosial ödənişlərin azaldılmasına və ya ləğv edilməsinə nail ola bilər. Düzgün aparılan təhlil və peşəkar yanaşma nəticəsində sahibkarın üzərinə düşən maliyyə yükü əhəmiyyətli dərəcədə azaldıla bilər.



Belə uğurlu hallardan biri də 2025-ci ilin III rübünə aid vahid bəyannamə üzrə aparılmış dəqiqləşdirmə prosesidir. Aparılan analiz və sənədlərin yenidən yoxlanılması nəticəsində əvvəl hesablanmış öhdəliklər üzrə azalma tətbiq edilmiş və KYB ləğv olunmuşdur. Bu proses qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilərək sahibkarın üzərinə düşən əlavə maliyyə yükünün qarşısı alınmışdır.

Qeyd etmək lazımdır ki, bu proses Vergi mütəxəssisi Azər Qasımov nəzarəti ilə peşəkar mühasib Raci Aslanov tərəfindən azaldılmışdır. Onun vergi və mühasibatlıq sahəsindəki təcrübəsi və düzgün analitik yanaşması nəticəsində məsələ operativ şəkildə araşdırılmış və hüquqi çərçivədə həllini tapmışdır. Vergi öhdəlikləri üzrə 40 651,77 AZN, Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqqı üzrə 78 007,01 AZN, işsizlikdən sığorta haqqı üzrə 3 011,53 AZN, sahibkarlıq fəaliyyəti üzrə 120,10 AZN və İcbari Tibbi Sığorta üzrə 3 421,62 AZN olmaqla ümumi öhdəliklərin məbləği 125 212,03 AZN təşkil edir. Bu cür peşəkar yanaşma sahibkarların maliyyə risklərinin minimuma endirilməsində mühüm rol oynayır.



Ümumilikdə, vergi və mühasibatlıq sahəsində yaranan problemlərin düzgün təhlil olunması, qanunvericiliyin tələblərinin dəqiq tətbiqi və elektron sistemlərlə düzgün işləmək bu sahədə əsas amillərdən hesab olunur. Bu səbəbdən sahibkarların peşəkar mühasiblərlə əməkdaşlıq etməsi biznes üçün həm maliyyə, həm də hüquqi baxımdan böyük üstünlük yaradır.

AZE Finance komandası olaraq sahibkarlara mühasibatlıq, vergi, audit və maliyyə məsləhəti sahəsində kompleks xidmətlər təqdim edirik. Məqsədimiz sahibkarların vergi öhdəliklərini düzgün idarə etməsinə kömək etmək, yaranan problemləri operativ şəkildə həll etmək və bizneslərin maliyyə sabitliyini qorumaqdır.

Əgər sizin də vergi hesabatlarınızda artıq hesablanmış məbləğlər, KYB problemləri və ya dəqiqləşdirmə ehtiyacı yaranıbsa, «AZE Finance» sizə bu prosesdə dəstək göstərməyə hazırdır.
Peşəkar yanaşma ilə biznesinizin maliyyə yükünü azaldın və fəaliyyətinizi daha təhlükəsiz şəkildə davam etdirin.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq
  • Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    29-apr-2026 | Bloq
  • Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    28-apr-2026 | Bloq
  • Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    28-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech