logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Ana Sayfa
  • Hakkımızda
  • Hizmetler
    • Muhasebe ve Finans Hizmetleri
    • Göçmenlik ve Hukuki Hizmet
    • Gümrükleme ve Brokerlik Hizmeti
    • Personel Takibi ve İnsan Kaynakları Danışmanlığı
    • İş Güvenliği ve İş Hukuku
    • Vergi Danışmanlığı
  • Kütüphane
    • Mevzuat
    • Denetim
    • İnsan Kaynakları (HR)
    • Muhasebe
  • Haberler
  • İletişim
Türkçe tr
azAzərbaycan enEnglish ruRussian

Vergi mükellefleri için kolaylıklar – çevrim içi beyan ve ekler

  • Bloq
  • 30-Nis-2025, 09:34
  • 17
Vergi mükellefleri için kolaylıklar – çevrim içi beyan ve ekler

Vergi mükellefleri için kolaylıklar – çevrim içi beyan ve ekler


​Vergi bəyannamələri və hesabat formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyətinin artırılması və vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi Azərbaycan vergi orqanlarının əsas vəzifələrindəndir. Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və Hesabatlılıq” İşçi Qrupunun “Vergitutma” indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsi məqsədilə özəl sektor nümayəndələri ilə aparılan müzakirələr və vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili nəticəsində “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” formalarının təkmilləşdirilməsinə və sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir.​

Bu məqsədlə, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması, onun əlavələri və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilmişdir. Mütəxəssislər bu yeniliyin vergi ödəyicilərinin işini yüngülləşdirdiyini qeyd edirlər.​

Dövlət Vergi Xidmətinin rəhbəri Radil Fətullayev bildirib ki, iş adamlarının rahatlığını təmin etmək məqsədilə bir sıra hesabatlar onlayn rejimə keçirilib. Vergi bəyannamələrində vaxtaşırı olaraq vergi ödəyicilərindən gələn təkliflər və şikayətlər əsasında təkmilləşdirmə işləri aparılır və müxtəlif sadələşdirmələr həyata keçirilir. Artıq bəyannamələrin xeyli hissəsi onlayn formata salınıb, o cümlədən sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və ƏDV bəyannaməsi. Mənfəət vergisi bəyannaməsi ilə bağlı işlər də tamamlanıb. ƏDV bəyannaməsində yenilik isə ilkin olaraq regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilməyə başlanıb .​

Mövcud olan onlayn hesabat formalarının üzərində də təkmilləşdirmə işləri aparılır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması əvvəlki iki hesabatın birləşdirilməsi ilə vahid rüblük bəyannamə formasına salınıb və bir neçə il əvvəl tətbiq olunmağa başlanılıb. Bu hesabat hər il təkmilləşdirilərək indiki halına gətirilib. Hazırda da təkmilləşdirmə işləri davam etdirilir. Yeni qaydalara əsasən, vahid rüblük bəyannamədə müəyyən sadələşdirmə aparılması nəzərdə tutulub. Digər hesabatlarda olduğu kimi, burada da hesabat forması əlavələr vasitəsilə tənzimlənəcək. Məsələn, əmlak vergisi bəyannaməsinə əvvəllər məlumatlar daxil edirdik, sonra əlavələrini doldururduq. Yeni sistemə əsasən, əlavə doldurulduqda avtomatik olaraq hesabatın özü hazırlanmış vəziyyətə gətirilir. Bu format vergi ödəyicilərinin işini xeyli asanlaşdırdığına görə, burada da həmin qayda tətbiq ediləcək .​

Radil Fətullayevin sözlərinə görə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”yə 4 Əlavə artırılıb. Əlavə 1-də işçilər haqqında məlumat daxil edildikdə avtomatik olaraq hesabatın özü hazırlanacaq. Xarici əməkdaşlar barədə məlumatlar Əlavə 2-də olmalıdır. Əlavə 3-də isə həyatın yığım sığortası ilə bağlı olan məsələlər tənzimlənir. Yeni Əlavə 3-ün bu formatda olması vergi ödəyicilərinin işini asanlaşdırıb. Onlar həyatın yığım sığortası ilə bağlı bütün məlumatları onlayn şəkildə göstərə biləcəklər. Əlavə 4-də isə məcburi dövlət sosial sığortasına cəlb edilməyən işçilər və gəlirlər barədə məlumat yer alacaq. Beləliklə, bu 4 əlavə hesabatın qısa vaxtda hazırlanmasına səbəb olacaq .​

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət Baş idarəsinin rəis müavini Namiq Dərgahov bir müddət öncə açıqlamasında “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin hazırlanmasına sərf olunan vaxtın və inzibati yükün azaldılması məqsədilə bu ilin II yarımilliyində optimallaşdırma və sadələşdirilmə sahəsində işlərin aparılacağını bildirib. Onun sözlərinə görə, Dövlət Vergi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərir. Dəyişikliklərdən sonra “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”yə sığortaedənin uçot nömrəsi (SUN) və sığortaolunanın sosial sığorta nömrəsi (SSN) daxil edilməyəcək, həmçinin gəlir vergisinə və sığorta haqlarına cəlb olun

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Danışmanlığı
22-Mayıs-2021 | Xidmətlər

Sitede Arama

Blog Yazıları

  • Emlak vergisi, vergi cezaları ve düzeltme beyannamelerinin sunulma kuralları
    Emlak vergisi, vergi cezaları ve düzeltme beyannamelerinin sunulma kuralları
    04-Haz-2025 | Bloq
  • Uluslararası taşıma sayılmayan taşımacılıklarda vergilendirme yükümlülükleri
    Uluslararası taşıma sayılmayan taşımacılıklarda vergilendirme yükümlülükleri
    04-Haz-2025 | Bloq
  • Toprak vergiye tabi midir? Beyan uyumsuzluğuna ceza uygulanabilir mi?
    Toprak vergiye tabi midir? Beyan uyumsuzluğuna ceza uygulanabilir mi?
    03-Haz-2025 | Bloq
  • Vergi dairesi, girişte kayıt bilgisi yoksa mükellefi cezalandırabilir mi?
    Vergi dairesi, girişte kayıt bilgisi yoksa mükellefi cezalandırabilir mi?
    03-Haz-2025 | Bloq
  • İşçi izinliyken çalışamaz duruma gelirse, hesaplama nasıl yapılır?
    İşçi izinliyken çalışamaz duruma gelirse, hesaplama nasıl yapılır?
    02-Haz-2025 | Bloq
  • Özel noterlerin vergi yükümlülükleri: kurallar, tutarlar
    Özel noterlerin vergi yükümlülükleri: kurallar, tutarlar
    02-Haz-2025 | Bloq
  • Malın gümrük (istatistik) değeri ile fatura (invoice) değeri arasında fark olduğunda maliyet değeri nasıl hesaplanır?
    Malın gümrük (istatistik) değeri ile fatura (invoice) değeri arasında fark olduğunda maliyet değeri nasıl hesaplanır?
    01-Haz-2025 | Bloq
  • Yabancı ülke vatandaşının zorunlu devlet sosyal sigorta primlerine tabi tutulması
    Yabancı ülke vatandaşının zorunlu devlet sosyal sigorta primlerine tabi tutulması
    01-Haz-2025 | Bloq
  • KDV ile ilgili vergilendirilebilir işlemin zamanı nasıl belirlenir?
    KDV ile ilgili vergilendirilebilir işlemin zamanı nasıl belirlenir?
    30-May-2025 | Bloq

Hakkımızda

“AZE Consulting” Ltd. Şti. 2019 yılının Eylül ayında faaliyete başlamıştır. Şirket, faaliyete başladığı günden itibaren çeşitli sektörlerde hizmet veren kuruluşlara vergi, muhasebe hizmetleri ve muhasebe sisteminin kurulması, finansal raporlama, şirketlerin hukuki ve Göçmenlik hizmeti, Personel Takibi, insan kaynakları yönetimi ve iş güvenliği konularında hizmetler sunmaktadır.

Çalışma Saatleri:

Pazartesi - Cuma: 09:00-18:00

Çalışma Dışı Günler:

Hafta Sonu ve Resmi Tatiller

İletişim:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Tüm Hakları Saklıdır, created by [email protected]