İşten çıkarma (personel azaltımı) sırasında çalışana ödenen tazminat vergi ve sosyal sigorta ödemelerine tabi tutulur mu?

Ştat ixtisarı ilə əlaqədar işçiyə ödənilən müavinətdən vergi və icbari tibbi sığorta haqqı tutulurmu?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini əmək stajına uyğun olaraq aşağıdakı müddətlərdə rəsmi şəkildə xəbərdar etməlidir:
əmək stajı bir ilədək olduqda — azı iki təqvim həftəsi;
bir ildən beş ilədək olduqda — azı dörd təqvim həftəsi;
beş ildən on ilədək olduqda — azı altı təqvim həftəsi;
on ildən çox olduqda — azı doqquz təqvim həftəsi.
Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verildikdə, işçiyə əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda — orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək olduqda — orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək olduqda — orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox olduqda — orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
Bildirilib ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğvi və ya işçilərin sayının və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən təminatlar gəlir vergisindən azaddır.