Nahçıvan'da mukimlere hangi vergi avantajları uygulanmaktadır?

Şüşə qabların istehsalı ilə məşğul olan müəssisə istehsal etdiyi məhsulları yalnız fəaliyyət göstərdiyi Naxçıvan Muxtar Respublikasında deyil, həmçinin ölkənin digər regionlarında satır və ölkə xaricinə ixrac edir. Naxçıvan Muxtar Respublikasının rezidenti olan müəssisəyə Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri tətbiq edilirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 1 yanvar 2026-cı il tarixindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin XIX fəslində işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi üzrə vergi güzəştləri (idxal zamanı ƏDV-dən azadolma fərqli şərtlərlə tətbiq edilir) Naxçıvan Muxtar Respublikasına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 227.1 və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə 1 yanvar 2026-cı ildən etibarən 10 il müddətinə tətbiq edilir.
Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınaraq birbaşa Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər nəzərdə tutulur.
Eyni zamanda, Vergi Məcəlləsinin 227.4.1-ci maddəsinə əsasən, istehsal, o cümlədən emal və hasilat fəaliyyəti üzrə vergi azadolması Naxçıvan Muxtar Respublikasının ərazisində vergi uçotuna alınan və həmin ərazidə bu fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə tətbiq edilir. Bu vergi azadolması Naxçıvan Muxtar Respublikasında istehsal edilən, emal olunan və ya hasil edilən malların həmin ərazidə və ya ərazidən kənarda satılmasından, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilməsindən əldə olunan gəlirlərə də şamil edilir.
Qeyd olunanlara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyəti ilə məşğul olan müəssisənin istehsal etdiyi malları özünə məxsus təsərrüfat subyektləri vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikasından kənarda yerləşən digər şəhər və regionlarda satması və Azərbaycan Respublikasının ərazisindən ixrac etməsi halında Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan güzəştlər tətbiq olunur. Lakin istehsal fəaliyyəti Naxçıvan Muxtar Respublikası ilə yanaşı, digər region və şəhərlərdə də həyata keçirilirsə, müvafiq vergi güzəştləri həmin şəxsə tətbiq edilmir.
Əlavə olaraq bildirilib ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-1-ci maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və təsdiq edilmiş iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq birbaşa istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Əsas: Vergi Məcəlləsinin 226.4-cü, 227.1-ci və 227.4.1-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-1.1-1-ci maddəsi.

az
en
ru