logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vətəndaşlar üçün sahibkarlar rahat və qanuni ödəniş imkanları yaratmalıdırlar

  • Bloq
  • 10-sen-2024, 17:25
  • 61
Vətəndaşlar üçün sahibkarlar rahat və qanuni ödəniş imkanları yaratmalıdırlar.

Vətəndaşlar üçün sahibkarlar rahat və qanuni ödəniş imkanları yaratmalıdırlar


Azərbaycanda nağdsız ödənişlər sahəsində dinamika yüksəlib. İyun ayının sonuna ölkəmizdə banklar və “Azərpoçt” sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı may ayına nisbətən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 21,5%, kredit kartları üzrə isə 12,6% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artıb. 2024-cü ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,103 mln. manat təşkil edib.

Təşviqedici tədbirlər insanların ödəniş vərdişlərini dəyişib. Bir neçə il əvvəl bankomatların qarşısında yaranan izdihamlar indi, demək olar ki, yoxdur. İnsanların plastik kartlarla ödənişlərini təmin etmək üçün əlverişli mühitdə texniki imkanlar da yaradılıb.

Nağdsız ödənişləri təşviq edən alətlər

Son dövrlərdə təmassız ödənişlərin artmasına təsir edən müxtəlif amillər var ki, bunlardan ən başlıcası stimullaşdırıcı tədbirlərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən “ƏDV geri al” layihəsi, banklar tərəfindən sərfəli “cashback” təklif edən mexanizmlərin istifadəyə verilməsi, plastik kartlarla ödənişlər zamanı müxtəlif lotereyalarda iştirak və s. bu sahədə atılan addımlardır. Təşviqedici tədbirlər insanların ödəniş vərdişlərini dəyişib. Bir neçə il əvvəl bankomatların qarşısında yaranan izdihamlar indi, demək olar ki, yoxdur. İnsanların plastik kartlarla ödənişlərini təmin etmək üçün əlverişli mühitdə texniki imkanlar da yaradılıb. İndi, demək olar ki, bütün mağazalarda, xidmət məkanlarında, ictimai iaşə obyektlərində POS-terminallar var. Vətəndaşlar bu imkanlardan yararlanaraq bir tərəfdən rahat, sadə və asan formada ödəniş edir, digər tərəfdən isə bu ödənişlərdən əlavə bonuslar da qazana bilirlər.

Bəzən vətəndaşlar ödənişi kartdan karta köçürürlər. Bununla da özləri də bilmədən qanun pozuntusuna yol verilməsi prosesinin iştirakçısına çevrilirlər.

Nağdsız ödənişlər yalnız POS-terminal vasitəsilə qəbul edilməlidir

Vətəndaşların nağdsız ödənişlərə müsbət yanaşması iqtisadiyyatda şəffaflığın artmasına səbəb olur. Plastik kartlarla ödənişlər real vaxt rejimində həyata keçirilir və elektron qaydada dövriyyələri izləmək mümkün olur.

Zaman keçdikcə nağdsız ödənişlərin genişlənməsi, çox təəssüf ki, bəzi iş adamlarını “alternativ yollar” axtarmağa vadar edib. Təbii ki, bu, düzgün işləyən biznes subyektlərinə aid edilmir. Amma bəzi mağazalarda, xidmət göstərən obyektlərdə və restoranlarda plastik kartlarla ödənişi qəbul etməkdən imtina edirlər. Məsələn, POS-terminalın işləmədiyi, internetin zəif olduğu və ya qurğuda başqa nasazlığın olması bəhanə gətirilir. Bəzən vətəndaşlar bu məqama diqqət yetirməyib ödənişi kartdan karta köçürürlər. Bununla da özləri də bilmədən qanun pozuntusuna yol verilməsi prosesinin iştirakçısına çevrilirlər. Çünki ödənişin kartdan karta köçürülmə vasitəsilə alınması vergidən yayınma məqsədi daşıyır. Belə ödənişləri izləmək mümkün deyil. Bu, həm də vətəndaşın hüquqlarının pozulmasına gətirib çıxarır. İlk növbədə o, mal, iş və xidmətləri əldə etmək üçün nağdsız ödəniş edərkən əldə edəcəyi bonuslardan, “cashback”lərdən və istehlakçı olaraq “ƏDV geri al” hüququndan məhrum olur.

Nəzərə almaq lazımdır ki, bu yola əl atan iş adamları belə hallara yol verdikləri üçün Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qala bilərlər. Buna görə də nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq
  • Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    29-apr-2026 | Bloq
  • Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    28-apr-2026 | Bloq
  • Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    28-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech