logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

  • Bloq
  • 11-dek-2024, 10:16
  • 80
Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?


Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bəs bu zaman hüquqi şəxslər balansında olan torpaq səhəsini satarkən vergini necə hesablayıb ödəməlidirlər? Mövzu ilə bağlı suala ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Fərdi sahibkarlar balansında olan torpaqlarını satan zaman Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsaslanaraq torpağın təyinatı və ölçüsünə (kv.m. və ya ha) uyğun olaraq hesablama aparır və sadələşdirilmiş vergini ödəyirlər. Hüquqi şəxslər isə balansında olan torpaqları satan zaman mənfəət vergisi bəyannaməsində gəlirdən xərci çıxdıqdan sonra mənfəət vergisini ödəyirlər.

Misal: "XX" şirkəti balansında olan 100.000 manatlıq 7 ha torpaq sahəsini digər vergi ödəyicisinə 170.000 manata satıb. Bu zaman şirkət 14.000 manat mənfəət vergisi ödəyəcək:

170.000 -100.000 = 70.000 manat;
70.000 x 20% = 14.000 manat.

Əlavə olaraq bildirək ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, torpaq satışı ƏDV məqsədləri üçün mal sayılmadığından, elektron qaimə-fakturada ƏDV-yə cəlb edilməyən xanada müvafiq qeyd apardıqdan sonra müəssisə ƏDV bəyannaməsində 170.000 manatı bu maddənin Əlavə 3 bölməsinin ƏDV-yə cəlb edilməyən əməliyyatlar hissəsinin 336-cı xanasında bəyan edərək Dövlət Vergi Xidmətinə təqdim edəcək.

Onu da xatırladaq ki, torpağın satışı, fiziki və ya hüquqi şəxslər olmasından asılı olmayaraq, notarial qaydada həyata keçirilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech