logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?

  • Bloq
  • 18-iyl-2025, 09:56
  • 61
İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?

İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?


İdman müəllimlərinin və onların xidmət göstərdiyi zalların gəlirlərinin vergiyə cəlb olunması qaydasını təqdim edirik. Mövzunu ekspert Nahid İbrahim şərh edir.

İdman məşqçilərinin və idman zallarının gəlirlərinin vergiyə cəlb olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir və müxtəlif formalarda vergiyə cəlb olunur. Bu, onların fəaliyyət formasından - yəni, fərdi sahibkar və ya hüquqi şəxs (MMC, klub və s.) kimi qeydiyyatdan keçmələrindən asılıdır. İllik dövriyyəsi 200.000 manatdan az olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər. Bunların sırasında fərdi sahibkar kimi fəaliyyət ən çox yayılmış formadır.

Misal 1: Tutaq ki, bir fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir və məşqçi kimi ayda 3.000 manat gəlir əldə edir:

İllik dövriyyə: 3.000 × 12 = 36.000 manat;

Sadələşdirilmiş vergi (2%): 36.000 × 2% = 720 manat (illik vergi məbləği).

Misal 2: Tutaq ki, idman zalı təsis edilib və MMC kimi fəaliyyət göstərir və illik dövriyyəsi 150.000 manat olub. Onun vergi öhdəliyi mənfəət vergisi ödəyicisidir. Bu halda MMC-nin ödəyəcəyi illik vergi məbləği belə hesablanacaq:

İllik dövriyyə: 150.000 manat;

İllik xərclər: 100.000 manat (işçi maaşları, kommunal, icarə);

Mənfəət: 50.000 manat.

Verginin hesablanması: 50.000 × 20% = 10.000 manat (illik vergi məbləği).

Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkar qeyd etdiyimiz sahə üzrə aktiv fəaliyyət göstərirsə, aşağıda qeyd olunan əlavə ödənişləri, Vergi Məcəlləsinə uyğun olaraq, dövlət büdcəsinə təyin olunan vaxt üzrə ödəməlidir. “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, fərdi sahibkarlar öz fəaliyyət sahələri üzrə 2026-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqqını aşağıdakı dərəcələrlə hesablayıb ödəməlidirlər:

Minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

- Bakı şəhərində 100 faizi;

- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

- digər şəhərlərdə 80 faizi;

- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

- kənd yerlərində 50 faizi miqdarında.

Misal 3: Tutaq ki, fərdi sahibkar Sumqayıt şəhərində idman təlimçisi kimi məşğul olur. Bu halda onun qeyd edilən sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 90 manat olacaq:

(400 x 25%) x 90% = 90 manat.

Həmin fərdi sahibkarın fəaliyyəti üzrə ödəməli olduğu aylıq icbari tibbi sığorta haqqı isə 16 manat təşkil edəcək:

400 x 4% = 16 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq
  • Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    18-iyn-2026 | Bloq
  • Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    18-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech