logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?

  • Bloq
  • 02-iyn-2026, 10:38
  • 7
Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?

Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?


Qızıl, zərgərlik məmulatları və almaz satışı sahibkarlıq fəaliyyəti hesab edildiyindən, bu fəaliyyətə başlamazdan əvvəl fiziki şəxs vergi orqanında uçota alınmalı və VÖEN əldə etməlidir. Vergi uçotuna alınma Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğul olan şəxslər üçün xüsusi vergitutma qaydası tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 218.5.11-ci maddəsinə əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, eləcə də almazın satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Bu səbəbdən həmin şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Gəlir vergisi hesablanarkən satışdan əldə olunan gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı sənədlərlə təsdiq edilmiş xərclər çıxılır və qalan mənfəət məbləğinə 20 faiz dərəcə ilə vergi tətbiq edilir. Əgər sahibkar mikro sahibkarlıq subyekti hesab olunursa, yəni işçilərinin orta siyahı sayı 1–10 nəfər arasında və illik gəliri 200.000 manatdan çox deyilsə, gəlir və xərclərin uçotunu aparmaq şərti ilə gəlir vergisi üzrə 75 faiz güzəştdən yararlana bilər.

Bundan əlavə, fəaliyyətin həcmi və qanunvericiliyin tələblərindən asılı olaraq ƏDV üzrə qeydiyyat öhdəliyi də yarana bilər. Buna görə vergi öhdəlikləri sahibkarın seçdiyi vergitutma sisteminə və fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 33.4 və 218.5.11-ci maddələri.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq
  • Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    01-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    01-iyn-2026 | Bloq
  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech