Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin sentyabr ayının sonunda 15 milyard 363,4 milyon ABŞ dollarına çatıb.

AMB-nin açıqladığı məlumatlarda bildirilir ki, avqustun sonunda rəsmi valyuta ehtiyatları 15 milyard 301,3 milyon dollar təşkil edirdi.
Beləliklə, cəmi bir ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 62,1 milyon dollar və ya 0,4% artıb.
2025-ci ilin sonu ilə müqayisədə isə artım daha böyükdür. 30 dekabr 2025-ci il tarixində AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar idi. Bu o deməkdir ki, 2026-cı ilin ilk 9 ayı ərzində ehtiyatlar 3 milyard 848,5 milyon dollar və ya 33,4% artıb.
Bir ildə 4 milyard dollardan çox artım
İllik müqayisədə də ciddi artım qeydə alınıb. 2025-ci ilin sentyabr ayının sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 310,5 milyon dollar təşkil edirdi. 2026-cı ilin sentyabrının sonunda isə göstərici 15 milyard 363,4 milyon dollara yüksəlib. Beləliklə, son bir ildə AMB-nin valyuta ehtiyatları 4 milyard 52,9 milyon dollar və ya 35,8% artıb.
2026-cı ildə sürətli yüksəliş
AMB-nin açıqladığı aylıq göstəricilər ehtiyatların 2026-cı ildə, xüsusilə ilin ikinci yarısında sürətlə artdığını göstərir.
Yanvarın sonunda ehtiyatlar 11 milyard 563,5 milyon dollar olduğu halda, iyulun sonunda artıq 13 milyard 767,9 milyon dollara, avqustun sonunda isə 15 milyard 301,3 milyon dollara çatıb.
Sentyabrda artım tempi xeyli zəifləsə də, ehtiyatlar yeni yüksək səviyyəyə – 15 milyard 363,4 milyon dollara yüksəlib.
2026-cı ilin yanvar ayının sonu ilə müqayisədə artım 3 milyard 799,9 milyon dollar və ya 32,9% təşkil edir.

en
ru
tr