İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə (“İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi”) edilən dəyişiklik praktikada mövcud olan fərqli yanaşmaların aradan qaldırılmasına yönəlib. Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə MKS Academy-nin 2024-cü ildə nəşr etdiyi “Əməyin uçotu: A-dan Z-yə” kitabında 164-cü maddə ilə bağlı qeyd edilən yanaşmanı xatırladaq: “ Bəzi ekspertlər hesab edirdilər ki, maddədə konkret olaraq gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilməsi göstərildiyi üçün, işçi istirahət günü 5 saat işə cəlb olunsa belə, ödəniş tam gün üzrə hesablanmalıdır. Digər yanaşmaya görə isə əmək haqqı yerinə yetirilən əmək funksiyasına uyğun ödənildiyindən, işçiyə faktiki işlədiyi 5 saata uyğun hesablama aparılmalıdır. 5 saat işlədiyi halda tam gündəlik əmək haqqının ödənilməsi qanunvericiliyin mahiyyətinə uyğun hesab edilmirdi.”
Əvvəlki redaksiyada 164-cü maddədə “gündəlik tarif maaşı” ifadəsinin qeyd edilməsi bəzi hallarda yanlış anlaşılmalara səbəb olurdu. Əmək Məcəlləsində edilmiş dəyişikliklə 164-cü maddənin 1-ci hissəsinin ikinci və dördüncü abzaslarına “gündəlik” sözündən sonra “(saatlıq)” sözü əlavə edilmişdir. Bununla da saatlıq hesablamanın da açıq şəkildə mümkün olduğu normativ səviyyədə təsbit edilmişdir.
Beləliklə, Əmək Məcəlləsinin 164-cü maddəsinin birinci hissəsinə əsasən İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Misal 1. Beşgünlük iş rejimində çalışan işçinin tarif (vəzifə) maaşı 1 000 manatdır. İşğaldan azad olunmuş ərazidə çalışdığı üçün 1,2 əmsal tətbiq edilir və faktiki əmək haqqı 1 200 manat təşkil edir.
Fevral ayında iş vaxtı norması 160 saatdır. İşçi istirahət günü 5 saat işə cəlb edilmişdir.
Hesablama aşağıdakı kimi aparılır:
1 000 manat / 160 saat × 5 saat × 2 = 62,50 manat
Burada ikiqat hesablama 164-cü maddənin tələbinə əsaslanır.
Misal 2. Həmin işçi fevral ayında 2 gün istirahət günlərində işə cəlb edilmişdir. Fevral ayında 20 iş günü olduğunu nəzərə alaq.
Hesablama:
1 000 manat / 20 gün × 2 gün × 2 = 200 manat.
Misallardan göründüyü kimi, hesablamalar zamanı baza kimi işçinin faktiki aldığı əmək haqqı (məsələn, 1 200 manat) deyil, tarif (vəzifə) maaşı — yəni 1 000 manat əsas götürülməlidir. Çünki Əmək Məcəlləsinin 164-cü maddəsində “əmək haqqı” yox, “tarif (vəzifə) maaşı” anlayışından istifadə edilib.