Kriptovalyutadan əldə edilən gəlirə 14% vergi tətbiq olunurmu? – Rəsmi açıqlama
- Tarix
- Oxunma 17
Kriptovalyutadan əldə edilən gəlirə 14% vergi tətbiq olunurmu? – Rəsmi açıqlama

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslərin vergi öhdəlikləri açıqlanıb. Belə ki, kriptovalyuta alqı-satqısı nəticəsində gəlir əldə edən şəxslər vergi orqanlarında uçota alınmalı, VÖEN əldə etməli və əldə etdikləri gəlirdən 14% dərəcə ilə gəlir vergisi ödəməlidirlər.
AZE Finance xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinə ünvanlanan müraciətə cavab olaraq bildirilib.
Açıqlamada qeyd olunub ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artmasını göstərən digər gəlirlər (əməkhaqqı istisna olmaqla) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab olunur.
Bununla əlaqədar olaraq, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14% dərəcə ilə gəlir vergisi hesablamalıdırlar. Vergi ödəyicisi növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməli və hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.
Vergi hansı məbləğdən hesablanır?
Vergiyə cəlb olunan gəlir kriptovalyutanın əldə edildiyi tarixdəki qiyməti ilə təqdim edildiyi tarixdəki qiyməti arasındakı müsbət fərq əsasında müəyyən edilir. Başqa sözlə, vergi bütün satış məbləğindən deyil, kriptovalyutanın dəyərində yaranan artımdan hesablanır.
Gəlirin əldə edildiyi vaxt isə alınmış kriptovalyutanın təqdim olunduğu tarix hesab edilir.
Əməliyyatlar hansı hesablar üzərindən aparılmalıdır?
Dövlət Vergi Xidməti bildirib ki, kriptovalyutanın alqı-satqısı ilə bağlı nağdsız ödəniş əməliyyatları Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq açılmış bank hesabları üzərindən həyata keçirilməlidir.
Sosial və tibbi sığorta ödənişləri necə tənzimlənir?
Açıqlamaya əsasən, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına uyğun olaraq, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Eyni zamanda, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən, kriptovalyuta əməliyyatlarından qeyri-sahibkarlıq gəliri əldə edən fiziki şəxslərin bu gəlirləri üzrə icbari tibbi sığorta haqqı ödəməsi nəzərdə tutulmayıb.
Beləliklə, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər üçün əsas vergi öhdəliyi VÖEN əldə etmək, 14% gəlir vergisini hesablamaq və müvafiq bəyannaməni qanunla müəyyən edilmiş müddətdə təqdim etməkdir.

en
ru
tr