Orta aylıq işçi sayı hesablanarkən fəaliyyətin dayandırıldığı aylar nəzərə alınırmı? – Rəsmi açıqlama
- Tarix
- Oxunma 12
Orta aylıq işçi sayı hesablanarkən fəaliyyətin dayandırıldığı aylar nəzərə alınırmı? – Rəsmi açıqlama

Mikro sahibkarlıq subyektlərinə tətbiq edilən 75%-lik gəlir vergisi güzəşti üçün orta aylıq muzdlu işçi sayının hesablanması qaydası ilə bağlı açıqlama verilib.
AZE Finance xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinə ünvanlanan müraciətə cavab olaraq bildirilib.
Müraciətdə qeyd olunub ki, vergi ödəyicisi yanvar–aprel aylarında fəaliyyət göstərib, daha sonra oktyabr ayına qədər fəaliyyətini dayandırıb və ilin son üç ayında yenidən fəaliyyətini aktivləşdirib. Beləliklə, müəssisə il ərzində ümumilikdə 8 ay fəaliyyət göstərib, 4 ay isə fəaliyyəti dayandırılıb. Bu halda orta aylıq muzdlu işçi sayının hesablanması zamanı işçilərin ümumi sayının 8-ə, yoxsa 12-yə bölünməli olduğu soruşulub.
Dövlət Vergi Xidmətinin cavabında bildirilib ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi vergidən azaddır.
Qeyd olunub ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Fəaliyyətin dayandırıldığı dövr necə nəzərə alınır?
Dövlət Vergi Xidməti sorğuya cavab olaraq xüsusi olaraq vurğulayıb ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.
Beləliklə, fəaliyyətini müvəqqəti dayandırmış və sonradan yenidən aktivləşdirmiş vergi ödəyiciləri üçün orta aylıq muzdlu işçi sayının hesablanmasında faktiki fəaliyyət dövrü əsas götürülür.
Həmçinin bildirilib ki, vergi güzəştinin tətbiqi üçün müəyyən edilmiş şərtlərə cavab verməyən və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriyaya keçən hüquqi şəxslər üçün əvvəlki 3 təqvim ilinin yekunlarına əsasən hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində güzəşt nəzərdə tutulur. Bu məbləğ digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Bununla yanaşı, əmtəəsiz əməliyyatlar nəticəsində yaranan gəlirlərə münasibətdə həmin vergi güzəşti tətbiq edilmir.

en
ru
tr