Banklarda hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək.

Azərbaycanda 2023-cü ildə vergi ödəyicisinin banklarda hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbinin ləğv ediləcək.
2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya istinadən xəbər verilir ki, hesablar vergi ödəyicisinin birbaşa banka müraciəti əsasında açılacaq.
Həmçinin, gələn il vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının təqdim edilməsi mexanizmi təkmilləşdiriləcək.