QR ödemeleri girişimcilerin banka masraflarını azaltacak

Mayıs ayının sonundan etibarən ödəniş qəbul edən sahibkarlıq subyektlərinin əksəriyyəti əməliyyatları rahat şəkildə QR ilə həyata keçirə biləcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yeni ödəniş aləti sahibkarların bank xərclərini də azaldacaq:
“Bu ilin əvvəlindən etibarən ölkədə QR ödənişlərinin qəbulu infrastrukturu geniş şəkildə yayılır. Mayın sonu, ən gec iyunun sonuna qədər sahibkarlıq subyektlərinin əksəriyyəti QR ödənişlərini rahatlıqla qəbul edə biləcəklər. Bu da bank xidmət haqlarının ciddi şəkildə azalmasına səbəb olacaq. QR ödənişləri kartlarla deyil, Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilir. Məbləğ dərhal ödəyicinin hesabından çıxılır və sahibkarın hesabına köçürülür. Burada tariflər də xeyli aşağıdır”.
T. Kazımov hesab edir ki, həm fərdi sahibkarlar, həm də hüquqi şəxslər banklarla birlikdə QR ödənişlərini tətbiq etsələr, bu, Visa
və Mastercard
şirkətlərinin təqdim etdiyi bank kartlarından asılılığı azaldacaq. O qeyd edib ki, AMB artıq həmin şirkətlərdən tariflərin azaldılmasını tələb edib:
“Visa və Mastercard ilə tariflərin azaldılması istiqamətində müzakirələr aparırıq. Biz bunu sərt tələb kimi irəli sürürük. Çünki son illərdə tariflərin ciddi şəkildə artdığını müşahidə edirik. Qeyd edim ki, həm Visa, həm də Mastercard bizim tərəfdaşlarımızdır. Yaxın həftələrdə onlar tariflərin azaldılması ilə bağlı təkliflərini təqdim edəcəklər”.