Bireysel girişimciler için öngörülen yüzde 75’lik vergi indiriminin uygulanma şartları nelerdir?

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, fərdi sahibkarın 75 faiz vergi güzəştindən yararlanması üçün 12 təqvim ayı üzrə orta aylıq işçi sayının ən azı 3 nəfər olması tələb olunur. Bu səbəbdən yalnız 8 ay ərzində 3 işçinin olması həmin güzəştdən istifadə hüququ yaratmır.
Eyni zamanda qanunvericilikdə işçilərin tamştat və ya yarımştat çalışması ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Buna görə yarımştat çalışan işçilər də işçi sayına daxil edilir.
Həmçinin Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə görə, müəyyən edilmiş fəaliyyət növləri üzrə illik gəliri 45 min manata qədər olan fiziki şəxslərin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Təlim xidmətinin bu fəaliyyət siyahısına aid olub-olmaması ilə bağlı dəqiq məlumat üçün vergi orqanına müraciət edilməsi tövsiyə olunur.
Vergi güzəştləri yalnız müəyyən edilmiş şərtlərin yerinə yetirildiyi hesabat dövrü üçün tətbiq edilir. Sahibkar sonrakı illərdə mikro sahibkarlıq meyarlarını itirdiyi halda, əvvəlki 3 ildə ödənilmiş gəlir vergisinin 75 faizi gələcək vergi öhdəliklərindən çıxıla bilər.
Əmtəəsiz əməliyyatlardan əldə edilən gəlirlərə isə bu güzəşt tətbiq olunmur.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.