İşçinin məzuniyyət dövrünün bitmə tarixi bayram gününə düşməsi halı necə tənzimlənir?
- Tarix
- Oxunma 86
İşçinin məzuniyyət dövrünün bitmə tarixi bayram gününə düşməsi halı necə tənzimlənir?

Təcrübədə rast gəlinən hal üzərindən məzuniyyət günlərinin uzadılmasını izah edək.
Misal. İşçi 02 mart 2024-cü il tarixdə 21 günlük məzuniyyətə göndərilir. Bayram günlərini nəzərə almasaydıq, məzuniyyətin başlanma tarixi və bitmə tarixi müvafiq olaraq 02 mart 2024-cü il və 22 mart 2024-cü il tarixləri olacaqdı. Amma həmin dövrə 4 bayram günü təsadüf edir: 08 mart 2024-cü il və 20, 21 və 22 mart 2024-cü il tarixləri. Bu səbəbdən məzuniyyət günlərini bayram günləri qədər artırmaq lazımdır. Amma Novruz bayramı 5 gün olduğu üçün 23 və 24 mart 2024-cü il tarixləri məzuniyyət günlərinə aid edilmir.
Beləliklə, işçinin 2 mart 2024-cü il tarixdə başlayan 21 günlük məzuniyyətinin bitmə tarixi 28 mart 2024-cü il, işə başlama tarixi isə 29 mart 2024-cü il olacaq. Göründüyü kimi, 2 mart 2024-cü ildən başlayan 21 günlük əmək məzuniyyəti 21 günü yox, 6 günlük bayramla birlikdə 27 təqvim gününü əhatə edir.
Ətraflı izah və hesablama nümunələri:
Məzuniyyət günlərinin bayram günlərinə düşməsi, məzuniyyətin neçə gün uzadılması, işə başlama tarixinin necə hesablanması və qanunvericilikdə bunun necə tənzimləndiyi barədə daha geniş məlumat üçün aşağıdakı məqaləyə baxa bilərsiniz:
Məzuniyyət Bayram Günlərinə Düşərsə Nə Baş Verir? (Qanunvericiliklə İzah)
İşçinin məzuniyyəti dövründə Nazirlər Kabinetinin qərarına əsasən iş günü yerdəyişməsi olarsa, proses necə tənzimlənir?
Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 104-cü maddəsinin yeddinci hissəsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
Misal. İşçi 8 aprel 2024-cü il tarixdən 14 günlük əmək məzuniyyəti hüququndan istifadə edir. Nazirlər Kabinetinin qərarına əsasən, 10 və 11 aprel tarixlərində Ramazan bayramının qeyd edilməsi nəzərdə tutulub. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabineti aprelin 12-si cümə gününə təsadüf etdiyindən onu aprelin 6-sı şənbə günü ilə əvəz edib. Beləliklə, ardıcıl 5 gün (10, 11, 12, 13 və 14 aprel) iş olmayacaq.
İş günlərinin yerinin dəyişməsinə baxmayaraq, işçinin 8 aprel 2024-cü il tarixdən başlayan 14 günlük məzuniyyəti dövründə yalnız bayram günləri hesab edilən 10 və 11 aprel tarixləri qədər, yəni 2 gün uzadılma tətbiq olunur. Bu səbəbdən işçinin məzuniyyətinin başlanma tarixi 8 aprel 2024-cü il, bitmə tarixi 23 aprel 2024-cü il, işə başlama tarixi isə 24 aprel 2024-cü il kimi qeyd edilməlidir.

en
ru
tr