ƏDV əvəzləşdirilməsində illik 1 faizlik limit necə tətbiq olunur?

Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, işçilərlə bağlı mənzil xərcləri üzrə ƏDV-nin əvəzləşdirilməsinə müəyyən şərtlərlə yol verilir. Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli Qərarı ilə müəyyən edilən qaydaya əsasən isə işçilərlə bağlı mənzil xərclərinin 50 faizi, lakin vergi ili üzrə əldə edilmiş illik gəlirin 1 faizindən çox olmamaqla vergitutma məqsədləri üçün gəlirdən çıxıla bilər.
Burada əsas məsələ ondan ibarətdir ki, il ərzində vergi ödəyicisinin yekun illik gəliri hələ formalaşmadığından 1 faizlik hədd əvvəlcədən dəqiq müəyyən edilə bilməz. Bu səbəbdən il ərzində müvafiq xərclər üzrə ƏDV əvəzləşdirilə bilər, lakin ilin sonunda yekun hesablaşma aparılmalıdır.
Məsələn, müəssisə il ərzində işçilərin yaşayış mənzillərinin kirayəsi üçün xərclər çəkir və kirayəverən ƏDV ödəyicisidir. Müvafiq elektron qaimə-faktura və ödəniş şərtləri təmin edildikdə həmin xərclər üzrə ƏDV əvəzləşdirilə bilər. Lakin il başa çatdıqda müəssisənin faktiki illik gəliri müəyyən edilir və mənzil xərclərinin 50 faizinin həmin gəlirin 1 faizindən artıq olub-olmaması hesablanır.
Əgər ilin yekunlarına əsasən mənzil xərclərinin gəlirdən çıxılmasına icazə verilən hissə 1 faizlik normanı aşarsa, normadan artıq hissəyə uyğun gələn ƏDV məbləği əvəzləşdirilə bilməz. Dövlət Vergi Xidmətinin açıqlamasında da bildirilir ki, normadan artıq olan məbləğin ƏDV-si əvəzləşdirilmir.
Bu halda vergi ödəyicisi əvvəlki dövrlərdə əvəzləşdirdiyi ƏDV məbləğini dəqiqləşdirməlidir. Yəni ilin sonunda limitin aşılması müəyyən edilərsə, normadan artıq hissəyə düşən ƏDV üzrə müvafiq hesabat dövrünə və ya dövrlərinə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməli, artıq əvəzləşdirilmiş məbləğ düzəliş edilməli və yaranmış vergi öhdəliyi hesablanmış faizlərlə birlikdə dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 175-ci maddəsi də bəyannamədə büdcəyə çatacaq ƏDV-nin düzgün göstərilmədiyi hallarda müvafiq hesabat dövrü üzrə dəqiqləşdirmə aparılmasını nəzərdə tutur.
Yəni 1 faizlik limit hər ay ayrıca hesablanaraq ƏDV əvəzləşdirilmir. ƏDV il ərzində qanuni şərtlər daxilində əvəzləşdirilə bilər, lakin ilin sonunda faktiki illik gəlir və mənzil xərcləri müəyyənləşdirilərək yekun limit hesablanır. Əgər əvvəl əvəzləşdirilmiş ƏDV-nin bir hissəsinin normadan artıq xərclərə aid olduğu ortaya çıxarsa, həmin hissə sonradan düzəliş edilir.
Əsas: Vergi Məcəlləsinin 109.3, 119.2 və 175-ci maddələri, həmçinin Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli Qərarı.

en
ru
tr