logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əcnəbi vətəndaşlara tətbiq olunan vergi güzəştləri

  • Bloq
  • 17-mar-2025, 10:11
  • 59
Əcnəbi vətəndaşlara tətbiq olunan vergi güzəştləri

Əcnəbi vətəndaşlara tətbiq olunan vergi güzəştləri


Xarici ölkə vətəndaşı Azərbaycanda şirkət açmaq istəyir. Onun üçün hansı vergi güzəştləri tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını Dövlət Vergi Xidmətinin saytında olan “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə etmək mümkündür.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 iş günündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı dərhal, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı isə 2 iş günündən gec olmayaraq həyata keçirilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən, vergilər siyasi, ideoloji, etnik, konfessional və ya vergi ödəyicilərinin digər fərdi xüsusiyyətləri əsasında müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət növü, fiziki şəxslərin vətəndaşlığı və ya kapitalın yerləşdiyi yerə görə vergilərin fərqli dərəcələrdə müəyyən edilməsi qadağandır. Hüquqi şəxslərə tətbiq olunan vergidə güzəştlər Vergi Məcəlləsinin 106-cı maddəsində göstərilib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    16-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech