Fərdi sahibkarın qeyri-yaşayış sahəsinin icarəsi üzrə ödəmə mənbəyində tutulan vergini (ÖMV) hesablama və ödəmə qaydası necədir?
- Tarix
- Oxunma 8
Fərdi sahibkarın qeyri-yaşayış sahəsinin icarəsi üzrə ödəmə mənbəyində tutulan vergini (ÖMV) hesablama və ödəmə qaydası necədir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlir Azərbaycan mənbəyindən əldə edildikdə, həmin gəlirdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, 124-cü, 125-ci və ya 126-cı maddələrdə nəzərdə tutulan ödənişləri həyata keçirən hüquqi şəxslər, fərdi sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödəmə mənbəyində tutulan vergi bəyannaməsi vergi orqanına təqdim edilməlidir.
Beləliklə, vergi ödəyicisi kimi uçotda olan şəxs rezident fiziki şəxsdən əmlak icarəyə götürdükdə, icarə gəliri üzrə vergi öhdəliyini 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmaqla icarəyə götürən şəxs yerinə yetirir.
Bundan əlavə, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği göstərilməli olan məbləğdən az olduqda və ya büdcəyə ödənilməli vergi bəyannamə təqdim edilməməklə yayındırıldıqda, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq edilə bilər.
Sorğuya cavab olaraq Dövlət Vergi Xidməti izah edib ki, daşınmaz əmlakın icarəsindən əldə olunan gəlir üzrə vergi öhdəliyi tərəflər arasında bağlanmış müqavilədə göstərilən icarə haqqı məbləği əsasında hesablanır.
Məsələn, icarə müqaviləsində aylıq ödəniş 1 500 manat müəyyən edilibsə, ödəmə mənbəyində tutulmalı vergi həmin məbləğin 14 faizini, yəni 210 manatı təşkil edir:
- Aylıq icarə haqqı: 1 500 manat
- Ödəmə mənbəyində tutulan vergi (14%): 210 manat
- İcarəyə verən fiziki şəxsə ödəniləcək məbləğ: 1 290 manat
- Dövlət büdcəsinə köçürüləcək məbləğ: 210 manat
- Fərdi sahibkarın gəlirdən çıxılan icarə xərci: 1 500 manat
Beləliklə, fərdi sahibkar aylıq 1 290 manatı icarəyə verən fiziki şəxsə, 210 manatı isə dövlət büdcəsinə ödəməlidir. Bu halda onun gəlirdən çıxılan icarə xərci 1 500 manat təşkil edir. Vergi məbləği icarə haqqına əlavə edilərək 1 710 manat xərc kimi nəzərə alınmır.
Əsas: Vergi Məcəlləsinin 124.1, 150.1.6 və 58.1-ci maddələri.

en
ru
tr