logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bazar mülkiyyətçiləri və icarədarlara maliyyə sanksiyaları - Şərtlər və Məbəğlər

  • Bloq
  • 04-apr-2025, 10:03
  • 58
Bazar mülkiyyətçiləri və icarədarlara maliyyə sanksiyaları - Şərtlər və Məbəğlər

Bazar mülkiyyətçiləri və icarədarlara maliyyə sanksiyaları - Şərtlər və Məbəğlər


Mövzunu mütəxəssis Xəyal Feyzullayev şərh edir. 2025-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində ən mühüm dəyişikliklərdən biri bazarların fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Bununla əlaqədar Vergi Məcəlləsinə yeni 16.1.11-15, 16.1.11-16 və 16.1.11-17-ci maddələr əlavə olunub. Bu maddələrə əsasən, bazarların mülkiyyətçiləri və ya bazarlar idarəetməyə verildikdə bazarların idarəediciləri (kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla) aşağıdakı qaydalara riayət etməlidirlər:

- İcarəyə verilən əmlakı icarəyə götürənlər tərəfindən (obyekti) vergi orqanında uçota alındıqdan sonra icarəyə götürənlərin həmin obyektlərdə fəaliyyət göstərməsinə şərait yaratmaq;

Bu maddəyə əsasən, bazarların mülkiyyətçiləri (yaxud idarəediciləri) icarəyə verdikləri obyektləri icarəyə götürən şəxslər vergi orqanında qeydiyyata salmayana qədər həmin şəxslərin orada fəaliyyət göstərməsinə icazə verməməlidirlər. Bu qaydalara riayət etməyən bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) Vergi Məcəlləsinin 2025-ci ildən qüvvəyə minmiş 58.15-2-ci maddəsinə uyğun olaraq, təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2.000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Məlumat üçün qeyd edirik ki, Vergi Məcəlləsinin 58.15-2-ci maddəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

- İcarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə (bunun üçün xüsusi forma təsdiq olunacaq) məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;

Həmçinin, bu məlumatın vaxtında vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa, bazar mülkiyyətçiləri (və ya idarəediciləri), həmçinin əmlak icarəyə götürən şəxslər tərəfindən əmlak sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) yerləşdirilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsindəki dəyişikliyə əsasən, qeyd olunan məlumatın (arayışın) əks etdirilməməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech